Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür





A+  A-

Belə ki, hər il 23 avqust Ukraynada Bayraq Günü kimi qeyd olunur.

Bu barədə Xəzərnews.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı bildirib.

Q.Osmanlı qeyd edib ki, Ukraynanın mavi-sarı rəngli dövlət bayrağı 1991-ci il, yanvarın ayının 28-də "Ali Rada" tərəfindən rəsmi olaraq təsdiqini tapıb. Bayraq ilk dəfə "Millətlərin Milli Bahari" 22 aprel 1848-ci ildə Lemberqdə (Lviv) "Rutiniya Şurası" tərəfindən qaldırılıb. Bayrağın-eninin uzunluğuna nisbəti , 2-3 nisbətindədir. Bayraqdakı mavi və sarı rəngin tarixi xristianlıqdan öncəki zamanlara gedib çıxır. Həmin vaxt mavi və sarı rəng od ilə suyu tərənnüm edirdi.Ukrayna bayrağındakı rənglərin indiki mənasına gəldikdə sarı rəng -buğda zəmilərini, mavi rəng isə buğda zəmiləri üzərindəki səmanı təmsil edir.

Jurnalist bildirib ki, Ukrayna tarixinin həm ağır həm də şərəfli dövrünü yaşayır.Bu mübarizə qalibiyyətlə başa çatacaq, Putin rusiyası da tarixin arxivinə gedəcək.Prosesin bir çox əlamətləri görsənir. Səbrlə prosesi izləmək lazımdır. Heç şübhəsiz ki, Ukrayna xalqı 2024-cü ildə dünyada ilin xalqı adına layiqdir. Ukrayna xalqının mübarizə əzminə və duruşuna eşq olsun! Səmamız aydın, günəşimiz parlaq olsun!

P.S.Ukrayna Dövlət Gerbi- iki bıçaq arasında qopuzdur.

İsmayil
XəzərNews.az


Xəbər 3885 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +