“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


19.04.2022  10:19 

“Mədəni“ vəhşiliyinizlə dünyanı hara sürükləyirsiniz?





A+  A-

"Quran"ı yandıranlara sözümüz...

İsveç kimi ən inkişaf etmiş bir ölkədə bir siyasətçi tərəfindən "Quran"ın yandırılması nə deməkdir?

Qərb KİV-ləri yazır ki, bu hadisədən sonra ölkə qarışıb, qalmaqal beynəlxalq miqyas almağa başlayıb. Bəs siz nə gözləyirdiniz? Gözləyirdiniz ki, müsəlmanlar sizə "əhsən" deyəcək?

Əslən Danimarkadan olan, lakin sonradan İsveç vətəndaşlığı alan siyasətçi və hüquqşünas, “Sərt kurs” partiyasının rəhbəri Rasmus Paludan İsveçdə təşkil etdiyi aksiyada "Quran"ı nümayişkaranə surətdə yandırandan sonra Avropa şəhərlərini müsəlmanların etirazları bürüməsi gözlənilən idi.

Son günlərdə yüzlərlə gənc müsəlmanlar xüsusən də İsveçin Stokholm, Linçepinq, Landskrun, Malmö kimi şəhərlərində etiraz aksiyaları keçirir, iğtişaş törədirr, maşınları və mağazaları yandırırlar. Polislə toqquşma halları da qeydə alınır.

Ən pisi isə bilirsiniz nədir?

Qatı anti-İslam, antitürk mövqeyi ilə tanınan islamofob, türkofob siyasətçi Rasmus Paludanın müsəlmanların müqəddəs kitabını yandırması kimi biabırçı bir addıma İsveç rəhbərliyi tərəfindən haqq qazandırılır və onun bu hərəkətinə fikir, ifadə azadlığı donu geyindirilir.

“İsveçdə insanlara öz fikirlərini azad ifadə etməyə imkan yaradılır. Fərqi yoxdur, bunlar yaxşı fikirlərdir, yoxsa pis. İfadə azadlığı demokratiyanın ayrılmaz tərkib hissəsidir.

Fikrə necə yanaşmağınızdan asılı olmayaraq, zorakılıq göstərməli deyilsiniz. Biz bunu heç vaxt qəbul etməyəcəyik”,- deyə İscveçin baş naziri Maqdalena Andersson münasibət bildirib.

Baxın, işin ən pis tərəfi budur. Məhz bu cür sarsaq siyasət (özgə dinə qarşı təhqiramiz hərəkətə yol verilməsinə "ifadə azadlığı" donunun geyindirilməsi siyasəti) Avropa ölkələrində Rasmus Paludan kimi psixopatların, irqçi və şovinistlərin getdikcə azğınlaşmasına səbəb olur. Bundan əvvəl Fransada, Norveçdə, Danimarkada və digər ölkələrdə də buna bənzər hadisələrin baş verməsini hamımız yaxşı xatırlayırıq.

P.S.
Müsəlmanlar sizin "İncil"inizə də, İsanıza da bu qədər sayğı ilə, ehtiramla yanaşdıqları halda, siz bu cür qatı anti-İslamçılığınızla, içinizi, ruhunuzu sarmış kininizlə, nifrətinizlə nəyə nail olmaq istəyirsiniz, ey müasir "səlibçi"lər?!

"Mədəni" vəhşiliyinizlə dünyanı hara sürükləyirsiniz?

Bəybala Mirzəyev

Xəbər 4088 dəfə oxunub.




14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +