Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


15.04.2017  11:48 

Azərbaycan bankları zərərlə işləməyə davam edəcək





A+  A-

Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları zərərlə işləməyə davam edəcək.
"Report"un analitik qrupu bildirir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına görə, 2016-cı il yekunu üzrə iqtisadiyyata kredit qoyuluşu 15 800,2 mln. manat təşkil edib ki, bu da 2015-ci il yekunundan 5 027,4 mln. manat və ya 24,1% azdır. 2015-ci il 30 dekabr tarixinə AZN/USD rəsmi məzənnəsi 1,5594, 2016-cı il 30 dekabr tarixinə isə 1,7707 olub. Azərbaycanda kreditləşmə dərəcəsinin 50% civarında dalğalandığını nəzərə alsaq, məzənnədə artım kredit portfelini manat ekvivalentində genişləndirməli idi. Lakin, bank sektorunun kreditləşməni demək olar ki, dayandırması iqtisadiyyata kredit qoyuluşunu xeyli azaldıb və bu prosesin yaxın illərdə davam etməsi gözlənilir.
Analitik qrup kreditləşmənin minimuma endirilməsinin bankların faiz gəlirinə ciddi təsir edəcəyini düşünür. Bankların əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca qeyri-faiz gəlirləri ilə zərərlərini kompensasiya etməyə çalışacaqlar. Hazırda AMB depozit hərraci ilə banklara yüksək faiz verərək onlara yardım edir. Lakin məzənnənin sabitləşməsi davam edərsə bu, mümkün olmayacaq. Qeyri-faiz gəlirlərinin əsas komponentini isə hazırda valyuta əməliyyatlarından gəlirlər təşkil edir. Lakin valyuta bazarında son günlər müşahidə olunan sabitlik bankların qeyri-faiz gəlirlərini də minimuma endirəcək. Bu vəziyyətdə bir çox kommersiya bankı ya bağlanmalı, ya da AMB valyuta məzənnəsini dalğalandıraraq onlara kömək etməlidir. Çünki, kreditlşmənin bərpası xeyli müddət uzana bilər.
Analitik qrup Azərbaycan nağd valyuta bazarında dalğalanmaların davam edəcəyini, lakin məzənnə koridorunun daraldılacağını proqnozlaşdırır. Cari vəziyyətdə AZN/USD məzənnəsi 1,60-1,70 diapazonunda ayda 2 dəfə dalğalanmalara məruz qala bilər.

Xəbər 1510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +