17.05.2018 09:37
Sərhəddə 3 əcnəbi saxlanıldı
Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir.
XəzərNews.az xəbər verir ki, 2018-ci ilin 15 may tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycan ərazisinə gəlmək cəhdinin qarşısı alınmışdır.
Belə ki, “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı 3 Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron vizalarının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olunmuşdur.
Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il təvəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il təvəllüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətəndaşı Shah Qasım Alinin adına verilməsi aşkar olunub.
Araşdırma zamanı həmin şəxslərin Azərbaycan ərazisindən tranzit istifadə etməklə Avropaya qanunsuz miqrasiya etmək niyyətində olmalarını göstərən hallar aşkar olunmuşdur. Belə ki, Nepal vətəndaşlarının Azərbaycan Respublikasının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etmələrini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyən edilmişdir.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Xəbər 1321 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|