Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


24.10.2023  20:01 

AZAL yenə təəccübləndirdi: 40 sərnişin uçdu, bagacları isə növbəti reysi gözləyir





A+  A-

AZAL sərnişindaşımada elə mühit yaradıb ki, daha heç bir addımına təəccüblənmək olmur. Aviaşirkət bu dəfə dünyada analoqu olmayan hərəkətlə fərqlənib.

Sərnişinlərin baqajı təyyarədən kənarda qalıb. Onlar yükləri nə vaxt alacaqlarını bilmir. AZAL isə anlaşılmaz səbəblər gətirməklə vəziyyətdən çıxmağa çalışır.

Xəzərnews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, oktyabrın 22-si Gəncədən Sankt-Peterburqa uçan 40 sərnişin Rusiya şəhərinə çatanda sürprizlə qarşılaşıb.

Onlar mənzil başına çatanda yüklərini ala bilməyiblər. Öyrəniblər ki, ümumiyyətlə, baqaj təyyarəyə yüklənməyib. Təyinat nöqtəsində sərnişinlərə baqaj yerini bir nəfərin bütünlüklə aldığını deyiblər.

Sərnişinlərdən biri olan Tural Bayraməliyevin dediyinə görə, AZAL hamıya ərizə yazdırıb, guya ya Bakı-Sankt-Peterburq reysi üzrə hərəkət edən növbəti təyyarə ilə, ya da gələn həftə baş tutması nəzərdə tutulmuş uçuşlarda yüklər Rusiyaya göndəriləcək:

“Bəlkə elə çantaların içində kiminsə həyati əhəmiyyətli nəyisə olub? Üstəgəl, həmin baqaja görə sərnişinlər əlavə ödəniş də ediblər. İndi bu, məsuliyyətsizliyin hansı səviyyəsidir?”

AZAL məsələyə reaksiya verib. Şirkət iddia edib ki, sərnişinləri düşünərək yükləri Rusiyaya aparmayıblar:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Gəncə-Bakı reysi ilə səyahət edən 40 sərnişinin baqajının göndərilməməsi barədə qərar uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Təyinat məntəqəsindəki əlverişsiz hava şəraiti və təyyarənin ehtiyat hava limanına enməsi ehtimalı təyyarənin çəkisinin maksimal dərəcədə azaldılmasını tələb edirdi.

Qeyd edək ki, göndərilməmiş baqajlar növbəti uçuşlarla təyinat məntəqəsinə çatdırılacaq. Aviaşirkət uçuşlar zamanı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün hər cür səy göstərir və yaranan narahatlığa görə üzr istəyir. Anlayışınız üçün təşəkkür edirik”.

AZAL özünü növbəti dəfə gülməli vəziyyətə salıb. Sosial mediada yazılanları oxumaq kifayətdir. Əksəriyyət yalnız bu aviaşirkətin belə addım ata biləcəyini yazır. AZAL əməlli-başlı məzəmmət obyektinə çevrilib. İstənilən halda məsuliyyətsizliyin də sərhədləri olur.

Baqaj yerinin bir nəfərə satılıb-satılmamasını bilmirik. Belədirsə, böyük rüsvayçılıqdır. Bu qədər sərnişinin hüquqlarını tapdalamaq necə olardı?!

AZAL sərnişinlərin təhlükəsizliyini düşünürdüsə, onda yüklərin Sankt-Peterburqa çatdırılması üçün niyə əlavə ödəniş toplayıb?

Dünya dəyişir, irəli gedir, AZAL da geriyə. Rəhbər dəyişikliyi də müsbət nəticə vermir. Əksinə, aviaşirkətin "hörmət"i bir az da azalır.

Xəbər 982 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +