Noyabrın 10-da Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdə rayon Mədəniyyət Mərkəzində “ Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğ“ layihəsi çərçivəsində hazırlanmış “Qərbi Azərbaycana qaydış.İmirlidə məskunlaşma” kitabının tədimatı keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Adıçəkilən kitabın müəllifi Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov kitabda Azərbaycan türklərinə qarşı aparılmış deportasiyanın etno-siyasi əsasları, Qərbi Azərbaycanda ermənilərin kütləvi məskunlaşmasının tarixi mərhələləri, Ermənistan ərazisindən deportasiyaya məruz qalmış 100-dən çox Dərələyəz mahalının Sallı, Çivə, Qozulca və Göyçə mahalın Mollalı kənd sakinlərinin şəxsi həyat hekayəsi əksin tapmışdır. Səməd Vəkilov kitabda mərhum professor Həsən Mirzəyevin və Nazir Əhmədlinin araşdırmalarından geniş istifadə etdiyini həmçinin kitabın ərsəyə gəlməsində kitabın elmi redaktoru tarixçi alim, Dövlət Mükafatı Laeruatı Nazim Mustafanın şəxsi hekayələrin toplanmasında kitabın rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanın və digər şəxslərin yardımşı olduğunu bildirdi.
S.Vəkilov: “100 şəxsi hekayəni toplamaq, bir birilə müqayisəli təhlil etmək o qədər də sadə məsələ deyil. Əldə etdiyimiz məlumatları bir çox mənbələrdən dəqiqləşdirmişik. Sənədlərlə araşdırmalar aparmışıq ki, yanlışlıq olmasın. Hesab edirik ki, gələcəkdə İmirli kəndinə köç etmiş Dərələyəz mahalının Çivə,Sallı, Qozluca kəndlərinin, o cümlədən , Göyçə mahalının Mollalı kəndləri haqqında ayrı-ayrılıqda kitabların nəşr edilməlidir”
Səməd Vəkilov qeyd edib ki, ermənilərin məkrli planına uyğun olaraq 1951-ci ildə Dərələyəz Mahalının Çivə kəndindən 90 ailə Bərdə rayonunun Əmirli kəndinə deportasiya olunub. Köçürülən sakinlər əvvəlcə tarixi yurd yerlərinin adının yaşaması üçün kəndin adını Çivə qoymaq istəyiblər. Ancaq yerli İmirli adının qədimliyini düşünərək adın saxlanmasına qərar veriblər.
Sonra sosial,ictimai – siyasi, mədəni və digər platformalarda Dərələyəz hərəkatının aparıcı qüvvəsi ADPU-nin prorektoru, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcmasının rəhbəri professor Mahirə Nağıqızı çıxış edərək tədbir iştirakçıları ilə düşüncələrini bölüşüb: “Elmlə bağlı bir vərəq kağızın üzü də bizim üçün maraqlıdı.Ona görə də bu gün burada Azərbaycan Dövlət Pedeqoji Universtitetinin professor və müəllim heyətinin 10 nəfərə yaxın nümayəndəsi iştirak edir. Bir daha qeyd edim ki, həmin şəxslər, onların təmsil etdiyi təhsil ocağının , Azərbaycan Dövlət Pedeqoji Universtitetinin professor və müəllim heyətinin rəhbərliyi birbaşa, tək Mahirə xanım yox, tək Əzizə müəllim yox, Könül xanım yox, bütünlüklə hamılıqla qərbi azərbaycanlıyıq, Qərbi Azərbaycan uğrunda nə qədər çətin məsələlər var, hamısına hazırıq.Yeri gəlmişkən Bərdə torpağında ikinci dəfə oluram. Biz Bərdə haqqında Nizamidən oxumuşuq.2020-ci ildə başlamış Vətən müharibəsində şəhidi Xudayar Yusifzadənin büstünün açılışında iştirak etmişəm. Bərdə torpağının gözəlliklərindən ədəbiyyatlardan oxumuşuq, qeyd etdiyim kimi Nizami Gəncəvidən oxumuşuq.Amma Bərdənin torpağını Vətən edən şəhidlərimizin məzarı bizim üçün qiymətlidir.Bərdə torpağını əziz edən, qiymətli edən vaxtilə qucağını açıb Qərbi Azərbaycandan erməni vəhşilərinin zülmündən qaçanlara qucaq açmasıdır. Məhz, buna görə bir daha qiymətlidir. Mən yaradıcılıqla da məşğulam.Şer yazıram.Amma şer yazmaqla vətəni azad etmək olmur.Bu müqəddəs amal uğrunda yalnız hərəkət lazımdır. Arzu,istək. Avropa alimlərindən biri deyir ki, təki istə, arzula, yerinə yetəcək. İstəmisənsə edəcəksən. Biz də 30 illik işğaldan torpaqlarımızı azad etməyi istədik. Xankəndi işğaldan necə azad olunubsa eləcə də əminəm ki, bu qələbəni , bu sevincli günləri Qərbi Azərbaycanda, Dərələyəzdə, Göyçədə ,Qarakilsədə digər torpaqlarımızda qeyd edəcəyik. Professor Mahirə Nağıyeva Keşişkənd və Qozulca toponimlərinin etimologiyası ilə bağlı maraqlı fikirlər irəli sürərək Keşişkənd deyil Keşkənd, Qozulca deyil Qozluca olması barədə elmi dəlillər irəli sürdü. Qozulca yox, Qozluca, Qoz məhsulu çox olan kənd deməkdir. Keşişkənd yox, Keşkənd, yəni kəndlərə keçid olan kənd mənasında olmalıdır.
Xəyalım aşan dağ
Anam Nazlı xanım İbrahim Mirzəlioğlu qızı 93 yaşındadır. Nazlı xanım Dərələyəz haqqında danışanda ancaq qımıldanır, musiqi səsində bayatılar söyləyirdi. Həmin an gözündən yaş süzülürdü. Həsrətini belə yaşayırdı.Hərə vətənə sevgisini bir cürə bildirir.Biri kitab yazır, biri bayraq qaldırır.Nazlı anam da Dərələyəzi bayatısında, düşüncəsində, ruhunda yaşadır. Bizi də belə tərbiyə edib.
Mən aşığam at aşa,
Doğra bağrım, qat aşa.
Xəyalım aşan dağı
İnanmaram at aşa.
Bayatıları yaradanda Dərələyəzə qayıtmağımıza inam az idi.Soruşurduq, cavab ala bilmirdik. Susardı, bizə heç nə deməzdi. Dərdini ürəyində çəkərdi. Çünki, zaman ermənilərin xeyrinə idi. İndi isə bizim zamandır. Başımızın üstə Ali Baş Komandanımız var. Biz onun ətrafındayıq, onun arxasındayıq,ona inanırıq.Qarabağın azad olunmasında necə inanırdıqsa, bu gün də Dərələyəzə qayıdacağımıza elə inanmalıyıq.
Köçmə bileti kitabın deyərdim ki, möhürüdür.
Mən Səməd müəllimin kitabını alqışlayıram.Kitabın üzərindəki köçmən biletinin təsviri özü belə kitabın məzmununa rəng qatır.Ola bilsin ki, kimsə kitabıin içindəkilərlə tanış olmasın. Sadəcə kitabın üz qabığını görsün. Dərhal anlayacaq ki, söhbət Qərbi Azərbaycandan köçürülmədən gedir.Köçmə bileti kitabın deyərdim ki, möhürüdür. Kitabın belə məzmunlu tərtibatına görə Səməd müəllimi alqışlayıram. Kitab Qərbi Azərbaycandan köçürülən insanların həyat hekayəsi üzərində qurulubsa , əslində real tarixi faktların sənədləşdirilməsi deməkdir.” – professor Mahirə xanım Nağıyeva ətraflı çıxışında belə deyib.
Sonra çıxış edən ehtiyatda olan polis polkovniki Ənvər Quliyev bildirib ki, Azərbaycanda yürüdülən dövlət siyasəti nəticəsində 200 illik torpaq itkilərindən sonra Azərbaycan xalqı öz torpaqlarını geri qaytardı. Biz inanırıq ki Qərbi Azərbaycanla bağlı siyasətdə özünü doğruldacaq.
AMEA-nın Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy Qərbi Azərbaycana qaydışın folklor və yaddaşdan keçdiyini söyləyərək bildirdi: “Professor Mahirə Nağıqızı Nazlı anadan bayatılar dedi.Bəli biz Nazlı ananın folklor yaddaşı ilə Qərbi Azərbaycana qayıdacayıq!”
Kitabın rəyçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova isə çıxışında bildirdi ki, Qərbi Azərbaycana qaydış konsepsiyası bizim gündəlik işimizə çevrilməlidir! Biz hökmən Qərbi Azərbaycana qayıdacayıq. Sonra İmirli kənd orta məktəbinin şagirdləri Zeynəb Abışova və Aytac Anıyeva mərhum professor Həsən Mirzəyevin və professor Mahirə Nağıqızının Dərələyəzə həsr edilmiş şerlərini səsləndirdilər.
Tədbirin sonunda polkovnik Ənvər Quliyevə və Möhübbət Səmədoğluna Müvəkkil Hüquq Mərkəzinin fəxri dipolomları təqdim edildi.
Xəbər 1232 dəfə oxunub.