Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK


27.07.2017  12:23 

Vidadi Zeynalova hökm oxundu





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesində yekunlaşır.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesin bugünkü iclasında hökm edlan ediləcək.

Hazırda təqsirləndirilən şəxslər zala gətirilib və iclas başlayıb.

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə , "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 il cəza verilməsini istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər - "Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova "Aztelekom"MMC-in direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinə şərti cəza verilməsini istəyib.

***

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il

BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il

"Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədov 10 il

“Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il

"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Cəlil Cəfərov, Səhrab Hümmətov, Bayram Vəliyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

(qafqazinfo.az)

Xəbər 1131 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2024  17:19 

Şəkidə yol qəzası olub

22.07.2024  14:14 

Sabah hava necə olacaq ? -Proqnoz

22.07.2024  13:48 

Fərqanə Quliyeva vəfat edib -Foto

20.07.2024  17:13 

Neymar ata oldu

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video


BÜTÜN XƏBƏRLƏR +