Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


04.09.2018  20:46 

Araq içdiyi deyilən uşaqların valideynləri cərimələndi





A+  A-

Sosial şəbəkələrdə əllərində stəkan tutub sağlıq deyən azyaşlıların valideynləri cərimələnib.
XəzərNews.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report“a bildirib ki, son günlər bəzi saytlarda, sosial şəbəkələrdə spirtli içki qəbul edən və siqaret çəkən azyaşlıların videogörüntüləri yayımlanıb:

“Həmin görüntülərin harada və kimlər tərəfindən çəkilməsi, internet səhifələrində yayılması ilə bağlı müvafiq araşdırma aparılıb. Nəticədə yayılmış videogörüntülərin Ağdam rayonunun Bənövşələr qəsəbəsində çəkildiyi müəyyən edilib. Həmin kəndə qonaq gələn, əslən Ağdam və Xocavənd rayonlarından olan, Bakı şəhərində anadan olmuş iki yeniyetmə bu ilin iyun ayında Bənövşələr qəsəbəsində əvvəllər tanıdıqları, həmyaşıdları olan iki qardaşla sonuncuların yaşadıqları evin həyətində məclis qurmağı və çəkiliş etməyi planlaşdırıblar. Bu məqsədlə evdən müəyyən mətbəx əşyaları və qida məhsulları gətirərək həyətə düzmüş, su doldurulmuş qabı “spirtli içki” adı ilə süfrəyə qoyublar”.

Onun sözlərinə görə, “Məclis”də yeniyetmələr hazırda hərbi xidmətdə olan bir həmkəndlilərinin şərəfinə sağlıq deyərək əvvəlcədən stəkanlara doldurduqları suyu içiblər: “Az sonra sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntüləri də paytaxtdan gəlmiş oğlanlardan biri çəkərək şəxsi “İnstagram səhifəsində yerləşdirib, oradan isə sosial şəbəkələrə və müxtəlif saytlara yayılıb. Araşdırma zamanı azyaşlılar və onların valideynləri ərazi aidiyyəti üzrə polis orqanlarına dəvət edilib, onlarla zəruri profilaktik söhbətlər aparılıb, yetkinlik yaşına çatmayanların tərbiyə olunması ilə bağlı valideyn kimi üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi onlardan tələb edilib. Hər bir valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq barələrində inzibati protokol tərtib olunub və onlar inzibati qaydada cərimə ediliblər. Gələcəkdə azyaşlılar tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsinin qarşısının alınması və onlar üzərində nəzarətin artırılması məqsədilə yeniyetmələr fərdi nəzarətə götürülüblər”.

Xəbər 1338 dəfə oxunub.




18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +