Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


11.07.2023  14:22 

QHT.az saytının 8 yaşı tamam olur





A+  A-

QHT.az saytının 8 yaşı tamam olur. Sayt 2015-ci ildə yaradılıb. “QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir.

QHT.az saytı heç bir qurumun mövqeyini ifadə etmir və tam müstəqil internet portalıdır. Saytın əsas tərəfdaşları QHT-lərdir".

XəzərNews.az xəbər verir ki, bu barədə QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi hədəfləyən QHT.az bu gün Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.



Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub. Onlayn Media subyeki olaraq QHT.az 18 yanvar 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media reyestrinə daxil edilib.

QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya və Sosial Təşəbbüslərə Dəstək ictimai birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən bir neçə uğurlu layihənin müəllifidir.

Xəbər 985 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +