Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


29.04.2023  10:10 

“Danışıqlar nəticə vermir” - Ermənilər narahatdır





A+  A-

Ümidsiz xəbər gəlir ki, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə azərbaycanlılar arasında Həkəri körpüsündə quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin sökülməsi məsələsi ilə bağlı danışıqlar nəticə vermir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, bazar günü Xankəndini Ermənistanla birləşdirən yolda nəzarət-buraxılış məntəqəsi, dünəndən isə onların pasport nəzarətindən keçməli olduğu xüsusi köşk quraşdırılıb.

“Deyirlər ki, Rusiya tərəfi rusların nəzarətində olan və azərbaycanlıların onlayn müşahidə aparacaqları keçid məntəqələrinin əvəzinə rentgen skanerlərinin yerləşdirilməsinə nail ola bilmir. Bu, indiki vəziyyətdə yeganə məqbul kompromis olardı.

Ruslarla danışıqlarda azərbaycanlılar müəyyən güzəştlərə gediblər: onlar rus sülhməramlılarına keçid məntəqəsində bəzi qeyri-vacib funksiyaların yerinə yetirilməsinə razılıq verə bilərlər. Yeri gəlmişkən, Laçın dəhlizini 4 aydan artıq bağlı saxlayan ekoloqlar dünən öz aksiyalarını dayandırdılar” - Hraparak yazır.

Xəbər 1066 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +