08.02.2017 10:55
Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir.
|
01.09.2024 22:23
Saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edildi
01.09.2024 18:08
01.09.2024 17:20
Qarabağdakı antiterrordan real döyüş kadrlarıI -EKSKLÜZİV GÖRÜNTÜLƏR
01.09.2024 16:57
01.09.2024 14:13
01.09.2024 13:58
01.09.2024 13:34
01.09.2024 08:10
31.08.2024 16:58
31.08.2024 15:47
Azərbaycanda Yeni Parlament Seçkiləri -Demokratik Gələcəyin Təməli
31.08.2024 14:20
31.08.2024 14:10
30.08.2024 14:50
30.08.2024 13:29
30.08.2024 11:51
29.08.2024 18:47
29.08.2024 13:03
“Qurban Qurbanovun 1835 manatlıq köynəyi “Qarabağ”a düşmədi...”
29.08.2024 11:22
28.08.2024 17:39
28.08.2024 15:51
28.08.2024 15:36
Bakıda avtobus sürücüsü əks yola çıxaraq qaydanı belə pozdu - VİDEO
28.08.2024 12:55
28.08.2024 11:45
28.08.2024 09:44
27.08.2024 21:18