Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


23.09.2018  11:54 

Bakıda yağan güclü yağışla bağlı rəsmi AÇIQLAMA





A+  A-

Fövqəladə Hallar Nazirliyi güclü yağışın yaratdığı fəsadlarla bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Nazirlikdən bildirilir ki, görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər xilasetmə tədbirlərinin görülməsini davam etdirir.

Xəbər 1382 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +