Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


16.01.2018  09:16 

Bu il turist axını artacaq





A+  A-

Dünya Turizm Təşkilatının (DTT) “Dünya turizm barometri” nəşrinin yanvar nömrəsində dərc edilən məlumata görə, 2017-ci ildə beynəlxalq turizm 7 faiz çoxalıb.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, 2017-ci ilin nəticələri son yeddi ilin ən yüksək göstəricisidir. Ötən il bir çox istiqamətlər dayanıqlı inkişafı və əvvəlki illərdə zərər çəkmiş sahələrin bərpası ilə səciyyələnib. DTT-nin baş katibi Zurab Pololikaşvili bildirib ki, beynəlxalq səfərlər çoxalır və bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir. Turizm üçüncü ixrac sektoru kimi iş yerlərinin yaradılmasına və bütövlükdə cəmiyyətin inkişafına xüsusi diqqət verir. Turizmin inkişaf etməsi ilə yanaşı, bu yüksəlişin cəmiyyətin hər bir üzvünə fayda gətirməsinə və bütövlükdə dayanıqlı inkişafa uyğun gəlməsinə nail olmaq lazımdır.

DTT cari tendensiyalara, iqtisadi perspektivlərə və DTT ekspertlərinin təhlilinə əsasən 2018-ci ildə dünyada turist axınının 4-5 faiz yüksələcəyini proqnozlaşdırır.

Xəbər 1465 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +