Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


13.05.2017  12:21 

General məxfi sənədləri gizlədib - DTX istintaq aparır





A+  A-


Məlumata görə, E.Quliyevin məhkəmədə müzakirə olunan cinayətləri üzrə istintaqı Baş Prokurorluq aparsa da, bu işi Dövlət Təhlükəsizlik Xidməti araşdırır.

Belə ki, Elçin Quliyevə məxsus “Mercedes Benz GL” markalı 90 TT 757 dövlət qeydiyyat nişanlı avtomobilə 25 dekabr 2015-ci il tarixdə keçirilən baxış zamanı 47 səhifədən ibarət tam məxfi sənədlər qovluğu aşkar edilib.

Baş Prokurorluqda aparılan istintaq zamanı müstəntiq bu qənaətə gəlib ki, E.Quliyevin 25 noyabr 2015-ci il tarixli əmrlə Anti-Terror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq başqa vəzifəyə təyin olunmasına baxmayaraq ATM-də icraatında olmuş materialı müvafiq qaydada təhvil verməyərək özündə saxlaması, tam məxfi sənədləri gizlətməyə cəhd etməsi və ya digər məxfi materiallar üzrə sənədləşmənin şəxsi maraqlarına uyğun şəkildə sərəncam vermə iqtidarında olmasına dəlalət edir.

İstintaq zamanı həmin materialın məxfi qrifli olmasını nəzərə alaraq Elçin Quliyevin qeyd edilən əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə aşkar edilərək götürülən sənədlər Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib, hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.

Elçin Quliyevin qanunsuz olaraq məxfi materialı özündə saxlaması ilə bağlı DTX-da istintaq davam etdirilir.

(qafqazinfo.az)

Xəbər 1129 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +