11.09.2023 13:15
Yaqub Eyyubov gedir, yerinə Zakir İbrahimov gəlir?
Uzun illərdir ki, Baş nazirin birinci müavini postunu tutan Yaqub Eyyubov yaxın zamanlarda təqaüdə göndəriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Gununsesi.info-nun hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, buna səbəb 78 yaşlı Eyyubovun səhhətində yaranmış problemdir.
Məlumata görə, artıq baş nazirin birinci müavinini əvəz edəcək şəxsin də kimliyi müəyyən olunub.
Bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Zakir İbrahimovdur.
Qeyd edək ki, 2 aprel 1974-cü il tarixində Bakı şəhərində anadan olan Zakir İbrahimov 1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.
2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.
1993 – 1995-ci illərdə “TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə Mütəxəssis vəzifəsində çalışıb.
1995 – 1998-ci illərdə “Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb.
1998 – 2002-ci illərdə “Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2003 – 2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan BM” Baş direktorun müavini vəzifəsində çalışıb.
2004 – 2005-ci illərdə “Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji Araşdırmalar, -İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
2005 – 2006-cı illərdə Moldova Respublikasında “Azpetrol SRL” şirkətində Baş direktor vəzifəsində çalışıb.
2006 – 2009-cu illərdə “EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.
2009 – 2016-cı illərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
O, 26 may 2016-cı il tarixindən etibarən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Xəbər 12532 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|