Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK


09.12.2017  12:16 

İlhamə Quliyevanın oğlu tutuldu - RƏSMİ





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsinə münasibət bildirib.
XəzərNews.az-ın xəbərinə görə, Nazirliyin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Binəqədi Rayon Polis Şöbəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün tutulub.

Məlumata görə, O.Nadirovun barəsində vətəndaşlardan polis idarəsinə şikayət daxil olub: "İstintaq nəticəsində məsələyə aydınlıq gətiriləcək. Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir. Orxan Nadirovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib".

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

Xəbər 1184 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.07.2024  16:20 

Sabah hava necə olacaq ? -Proqnoz

26.07.2024  21:10 

Göygöldə bıçaqlanma olub

26.07.2024  14:23 

Sabahın havası AÇIQLANIB

26.07.2024  08:40 

Günel Cavadxan vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +