14 Fevral Sevgililər Günü yaxınlaşır. Beləki, ilin ən romantik gününü qeyd edə biləcəyiniz, bütün dünya mədəni irsi sərvətlərini və müxtəlif mətbəxləri özündə əks etdirən Türkiyənin ən cəlbedici üç bölgəsini sizin üçün seçdik.
Kosmopolit Şəhərdə Romantik Görüş: İstanbul
İstanbul dünyanın ən məşhur şəhərlərindən biri olmaqla yanaşı, romantik bir həftə sonu üçün ən gözəl, sehrli məkanlardan biridir. Sonsuz kəşf hissi ilə ziyarətçiləri ovsunlayan İstanbul nəfəs kəsən mənzərələrin və qədim tikililərin sizi əhatə etdiyi bənzərsiz bir yerdir. Əgər bu sizin və partnyorunuzun İstanbula ilk səfərinizdirsə, bu halda günə məşhur türk səhər yeməyi ilə başlamağı və İstanbulun əzəmətli Ayasofya və Sultanahmet Məscidi, Topkapı Sarayı və Yerebatan Sarnıcı da daxil olmaqla tarixi tikililərini bir-bir kəşf etməyi sevəcəksiniz. Tarixi türk hamamında iki nəfərlik SPA və hamam ritualından həzz ala və şəhərin labirint küçələrində bənzərsiz bir tarixin kölgəsində birlikdə səyahət edə bilərsiniz. Son toxunuş üçün sevgilinizə Kapalı Çarşının dərinliklərindən sənətkarın yaratdığı gözəl bir hədiyyə edə bilərsiniz.
İstanbulda başqa nələr edək?
Şəhərin yeni cazibə mərkəzi olan Galataport İstanbul lüks alış-verişdən tutmuş müasir incəsənət sərgilərinə qədər bir sıra fəaliyyətlər təklif edir. Tanınmış memar Renzo Piano tərəfindən dizayn edilmiş möhtəşəm binada olan və şəhərin ilk müasir muzeyi olan İstanbul Modern kəşfini gözləyir.
Eminönü, Beşiktaş və Üsküdar da daxil olmaqla bir çox sahil məhəllələrindən qayıq turları həyata keçirilir və siz Boğaziçi və İstanbulun heyrətamiz siluetindən həzz ala biləcəksiniz. Boğaziçi turu üçün fərdi xidmətlər göstərən özəl qayıq turları da mövcuddur.
Gastrocity İstanbulda siz Michelin Ulduzlu restoranlarda türk və dünya mətbəxinin ən gözəl təamlarını nəfəs kəsən mənzərələr və türk şərabının müşayiəti ilə tamamlaya bilərsiniz.
Nağıllar diyarında bir neçə gün: Kapadokya
Ziyarətçiləri bənzərsiz bir mühitdə qarşılayan Kapadokya Türkiyənin və dünyanın ən gözəl yerlərindən biri, pəri bacaları və qaya birləşmələri ilə başqa bir dünya mənzərəsi hesab olunur. Kapadokya, bölgənin təsir edici atmosferi, mənzərəli vadiləri və üstü qarla örtülmüş pəri bacalarının vizual ziyafəti sayəsində cütlərin romantikanı zirvədə yaşaya biləcəyi bənzərsiz bir yerdir. Bölgənin rahat mağara otellərindən birində ocaq qarşısında isti şərabdan və ya türk qəhvəsindən ləzzət ala və sivilizasiyaların izlərinin qayalara həkk olunduğu məşhur yeraltı şəhərlərini kəşf edə bilərsiniz.
Kapadokyada bunları mütləq sınayın...
Türkiyənin ən gözəl trekking marşrutlarına ev sahibliyi edən Kapadokya möhtəşəm mənzərələr təqdim edir. Məşhur Sevgi Vadisinə səfər mütləqdir...
İsti hava şarları sizə bölgənin gözəl mənzərələrini səmadan müşahidə etməyə imkan verir. Bu gözəlliyi mütləq görməlisiniz.
Yerli Niğde mavisi və Divle obruk pendirlərinin müşayiəti ilə bölgənin Emir üzümündən hazırlanmış türk şərablarını dada bilərsiniz.
Aralıq dənizinin isti günəşi: Antalya
Sonsuz uzanan təmiz çimərliklər, tarixə işıq salan qədim şəhərlər və yaşılın ən gözəl çalarları ilə parıldayan möhtəşəm təbiət... Antalya hər mövsümdə cənnətdir. Buraya ildə orta hesabla 300 gün günəş işığı düşür, hətta qışda belə Aralıq dənizinin isti günəşi altında ərazinin tarixi marşrutlarını, gözəl çimərliklərini və qədim tikililərini kəşf edə bilərsiniz. Antalya yaxşı həyatı və müxtəlif təklifləri ilə tanınır, trekking marşrutlarından tutmuş zeytun yağının aparıcı rol oynadığı Aralıq dənizi pəhrizinə qədər. Ziyarətçilər üçün keyfiyyətli xidmət göstərən lüks otellər səyahətinizi növbəti səviyyəyə daşıyacaq.
Antalya sadəcə qumsaldan ibarət deyil...
Əsrlər boyu liman şəhəri olan Antalyada siz Kaleiçidən qayıq turlarına çıxa və ya yüksək səviyyəli təcrübə üçün şəxsi yaxta icarəyə götürə bilərsiniz.
Perge, Patara və Aspendos kimi qədim şəhərləri gəzə və bölgənin dərin və mərtəbəli mədəniyyətini öyrənə bilərsiniz.
Dəbli və mənzərəli restoranlarda karides, kalamar və ahtapot kimi Antalyanın sevimli dəniz məhsulları ilə nahar edə və türk şərablarının dada bilərsiniz.
Xəbər 4467 dəfə oxunub.