Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?


29.07.2024  19:30 

Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub -Fotolar





A+  A-

“İçərişəhər” Dövlət Tarix-Memarlığı Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan Tarixi Abidələrin Bərpası Məktəbi (Mak’TAB) UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Asiya və Sakit Okean Regionu üçün Ümumdünya İrs Təlim və Tədqiqat İnstitutunun təsis etdiyi beynəlxalq müsabiqənin qalibi olub. “Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar” müsabiqəsinin “Star of Discovery” kateqoryası üzrə mükafata layiq görülən Mak’TAB, dünya üzrə 100-dən çox iştirakçı arasından seçilib.

Xəzərnews.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Hindistanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan tədbirdə baş tutub. Bununla yanaşı, eyni tədbirdə Tarixi Abidələrin Bərpası Məktəbi ilə bağlı təqdimat keçirilərək, Mak’TAB qonaqlara “Nümunəvi keys” qismində göstərilib.

Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilən birgə işlərə dəstək göstərmək məqsədilə yaradılıb. Tarixi Abidələrin Bərpası Məktəbi Azərbaycanda bərpaçıları təlimə cəlb edərək, onlara tarixi abidələrin bərpası istiqamətində əlavə biliklər verir.

Qeyd edək ki, Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar (“Global Awards for World Heritage Education Innovative Cases – AWHEIC) 2022-ci ildə Ümumdünya İrs Konvensiyasının 50-ci ildönümünü qeyd etmək məqsədilə təsis olunub. Müsabiqənin əsas təşkilatçısı Çin Xalq Respublikasının UNESCO üzrə Milli Komissiyasıdır. Məqsəd dünya üzrə xüsusi əhəmiyyətə malik irs təhsili nümunələrini seçmək və qlobal irs təhsili üzrə peşəkarların dialoqu və təcrübə mübadiləsi üçün beynəlxalq platforma təmin etməkdir.







Xəbər 2713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub

11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?

10.09.2024  17:22 

Tanınmış model saxlanıldı

10.09.2024  15:17 

Şəfəq Novruz əməliyyat olunub


BÜTÜN XƏBƏRLƏR +