Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


06.10.2024  11:05 

Avropa İttifaqı ikinci “Avropa Təamları” Kulinariya Festivalını təşkil edir





A+  A-

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Səfirlikləri ilə birgə cari ilin 6 oktyabr 2024-cü il tarixində Aquatic Palace, Avropa Oyunlar Parkında ikinci “Avropa Təamları” Kulinariya Festivalını keçirəcəkdir.
Açıq havada keçiriləcək bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.

Avropa mətbəxi haqqında daha çox öyrənmək, kulinariya ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyən hər kəsi 6 oktyabr 2024-cü il tarixində saat 12:30-dan 19:00-dək Aquatic Palace, Avropa Oyunlar Parkında (Su İdman Kompleksinin arxası) “Avropa Təamları” Kulinariya Festivalına dəvət edirik. Belçika, Çexiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Litva, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İspaniya və İsveçin səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər.

Aİ Nümayəndəliyi tərəfindən dayanıqlı qida istehlakını təşviq edən stend təqdim ediləcəkdir. Gənc aşpaz Yaqub Zeynalzadə yerli mövsümi məhsullardan istifadə etməklə bitki mənşəli yeməklərin hazırlanması üzrə ustad dərsi keçəcək. O, həmçinin bio və eko-məhsulların ətraf mühit və sağlamlıq üçün faydalarından danışacaq.

"Biz Avropa kulinariya ənənələrini azərbaycanlı dostlarımıza nümayiş etdirməkdən məmnunuq. Hər kəsi bizə qoşulmağa və Avropa ölkələrinin unudulmaz kulinariya təamlarından, canlı musiqi proqramından və daha çox şeylərdən həzz almağa dəvət edirik” - deyə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirdi.

Tədbir zamanı viktorinaların qalibləri digər mükafatlarla yanaşı, Aİ Nümayəndəliyi tərəfindən nəşr edilmiş və Aİ-nin 27 üzv ölkəsindən Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusundan ibarət “Avropanın təamları” kitabını da əldə edə biləcəklər. Kitabı həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi veb səhifəsindən elektron formada əldə etmək mümkündür.

Tədbirdə həmçinin tədbirdən əvvəl “Azeri Home Chef” Facebook səhifəsi tərəfindən təşkil olunan Avropa yeməklərinin kulinariya müsabiqəsinin və rəsm müsabiqəsinin mükafatlandırma mərasimləri keçiriləcək. Burada həmçinin müsabiqə iştirakçılarının hazırladıqları yeməklər də təqdim olunacaq. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə müşayiət olunacaq.

Avropa təamlarından zövq almaq üçün bizə qoşulun!
Avropa İttifaqı öz biliklərini, resurslarını və müqəddəratlarını tədricən birləşdirməyə qərar verən 27 üzv dövlətdən ibarətdir. Onlar birlikdə 50 ildən artıq bir genişlənmə dövründə mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlamaqla sabitlik, demokratiya və dayanıqlı inkişaf zonası qurmuşlar. Avropa İttifaqı öz nailiyyətlərini və dəyərlərini onun hüdudlarından kənarda olan ölkələr və xalqlarla bölüşməyə səy göstərir”.


Xəbər 4353 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +