Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


06.11.2018  11:56 

XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq təftiş





A+  A-

"Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər naziri Elmar Məmmədyarovun tapşırığı ilə araşdırılmaqdadır”.
XəzərNews.az-ın məlumatına görə, bunu BakuPost-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, XİN-nin araşdırmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: "Hələlik məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına müraciət müzakirə mövzusu deyil. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən araşdırma davam edir”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. A. Xudiyev T. Əliyevi səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A. Xudiyevi qərəzli olmaqda ittiham edən T. Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.

A. Xuduyevin Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqid olunub. Çünki səfirlikdə həqiqətən belə bir mənimsəmə faktı var idisə, ilk növbədə Azərbaycanın müvafiq orqanlarına, XİN-ə müraciət oluna bilərdi.

Xatırladaq ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.


Xəbər 1532 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +