Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


26.07.2017  15:54 

Sentyabrda dollara tələb artacaq





A+  A-

Mərkəzi Bankın rəsmi məzənnəsində manatın dollara nisbətən güclənməsinə baxmayaraq, valyuta bazarında dollar bahalaşıb.
XəzərNews.az xəbər verir ki, bu barədə fikir bildirən iqtisadçı Vüqar Bayramov deyib ki, real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdı:

“Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və eləcə də manat bazasının müqayisəli çoxalması bazara hələlik birbaşa təsir göstərməyib. Baş bankın son açıqlamasına görə, həm valyuta ehtiyatalarında, həm də pul bazasında artım müşahidə edilib. Belə ki, bankın valyuta ehtiyatları 4,964 milyard dollar, pul bazası isə 8,274 milyard manata çatıb. Bununla belə, hər iki göstərici 2014-cü il illə müqayisədə yenə də aşağıdır. Belə ki, pul bazası sözügedən ildə 11,866 milyard manat idi. Eyni zamanda, həmin il Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan çox olub. Bu isə ondan xəbər verir ki, xüsusən də 2014 və 2015-ci illərdə Mərkəzi Bank öz ehtiyatları ilə valyuta bazarına intervensiya etmək məcburiyyətində qalıb”.
Ekspert manatın məzənnəsilə bağlı yaranmış suallara da aydınlıq gətirib:

“Manat bazası milli valyutanın məzənnəsinə təsir göstərən əsas faktor olsa da, idxalın azalması, dollarlaşma səviyyəsi və neftin satışından daxil olmalar ona təsir göstərməkdədir. İdxalın azalması və neftin bir barellinin qiymətinin 50 dollar ətrafında dəyişməsi tədiyyə balansına birbaşa təsir göstərir. 2017-ci ilin ikinci yarısında manatın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi yenə də aparıcı olacaq. Mərkəzi Bank son aylar rəsmi məzənnəni çox cüzi dəyişməklə, həmçinin, cəmiyyətə kursun volatilliyi ilə bağlı mesaj verməyə çalışır. Aydındır ki, hərraca çıxarılan dolların əksər hallarda hamısı satılmadığı üçün bazar qaydaları üçün milli valyutanın kursu yüksəlməlidir. Amma hiss olunur ki, Mərkəzi Bank manatın kəskin möhkəmlənməsində də maraqlı deyil. Bu baxımdan, növbəti dövr üçün məzənnənin necə dəyişəcəyini proqnozlaşdıran zaman dollara tələbin necə dəyişəcəyinə diqqət yetirmək lazımdır. İlin sonunadək avqustun ikinci yarısı və sentyabrın birinci yarısı və eləcə də dekbar aylarında dollara tələbin yüksələcəyi gözlənilir. Belə ki, sentyabrda tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır. Eyni zamanda, yeni mövsümün başlaması ərzaq idxalını da artırmış olur. Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır. Ənənəvi olaraq dekabrda dollar tələb yüksəlir. Bu idxalın və eləcə də bayramlarla bağlı səfərlərin sayının artması, o cümlədən dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri ilə bağlıdır. Sözügedən aylarda dollara tələbin yüksəlməsinin məzənnəyə necə təsir etməsi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Xəbər 1459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb


BÜTÜN XƏBƏRLƏR +