Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


25.07.2017  11:46 

Bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq





A+  A-

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Cinayət Məcəlləsinə edilən dəyişiklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub.
Tanınmış vəkil Cavad Cavadov deyib ki, qanunvericilik layihəsi qəbul olunandan sonra xeyli sayda məhkum azadlığa qovuşacağından layihə müsbət addam kimi qiymətləndirilməlidir:

“Çünki son zamanlar biz cinayət qanunvericiliyinin yalnız sərtləşdirilməsini müşahidə edirdik və bu, əks istiqamətdə ilk addımdır. Ümid edirik sonuncu olmayacaq.
Qanunvericilyə ediləcək yeniliklərdən biri -azadlığın məhdudlaşdırılması növündə yeni cəzanın daxil edilməsidir. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin ilkin redaksiyasında bu cəza növü vardı, lakin həmin cəzanın çəkilməsi üçün xüsusi tipli cəzaçəkmə müəssisələri nəzərdə tutulurdu. Hazırkı cəza növünün məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur. Bu, bir növ ev dustaqlığı qətimkan tədbirinə oxşardır, lakin ondan daha genişdir”.

Vəkil bildirir ki, yeniliklərdən də biri cinayətin subyektlərinin dairəsinin genişləndirilməsidir:

“Buraya 14 yaşına çatmış və zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxslər əlavə edilib. Bu yaxınlarda buna oxşar olayda 16 yaşına çatmayan şəxsin nəqliyyatla şəxsin ölümünə səbəb olan əməl törətməsi və məsuliyyətdən kənarda qalması bu dəyişikliyi labüd edir.
Yeniliklərdən bir qismi cinayət məsuliyyətindən və cəzadan azad olunmaya aiddir. Misal üçün, səmimi peşimanlığa görə cəzadan azad etməyə əvvəl böyük ictimai təhlükə törətməyən cinayətlərə aid edilirdisə, hazırda bu sıraya az ağır cinayətlər aid edilir.
Mülkiyyət əleyhinə, şəxsiyyət əleyhinə cinayətlər üzrə zərərin ödənilməsi, zərərçəkmişlə barışıq əldə olunması şərti ilə bəzilərində şərtsiz azad etmələr var.
Bəziləri üzrə: 178.2, 179.2, 178.3 və 179.3-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etməsi şərti ilə cinayət məsuliyyətindən azad edə bilər kimi əlavələr var (maddə 73.1-2).
Burada “azad edilə bilər” termini “azad edilməlidir” kimi qəti, imperativ olması daha düzgün olardı, mövcud durumda bu korrupsiyaya yol açan bir haldır.
Eyni hal Cinayət Məcəlləsinin 73-2.2. maddəsində göstərilənlərə aiddir ( bu maddəyə əsasən: Bu Məcəllənin 192.2, 193.2, 195, 195-1, 196, 197, 198, 202-2, 203, 203-1.1, 205-2, 208, 210, 211, 212 və 213-2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etməsi şərti ilə cinayət məsuliyyətindən azad edilə bilər).
Hər iki halda maddələrin imperativ olmaması və cərimələrin (dövlətə ödənişlərin) vurulmuş zərər, yaxud gəlirin miqdarı ilə əlaqələndirilməsi reallığa uyğun deyil və bu hallar həmin maddələrin qeyri-işlək maddələrə çevriləcəyini qabaqcadan təmin edir.
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsində ağır cinayətlər üçün çəkilmiş cəzanın müddəti dörddə üçdən üçdə ikiyə azaldılıb. Cinayət Məcəlləsi ilkin olaraq qəbul edilərkən bu hal var idi, lakin sonradan sərtləşdirildi”.

C.Cavadov deyib ki, Cinayət Məcəlləsinin 77-ci maddəsində də məhkumların azad edilməsi üçün müsbət dəyişikliklər var:

“Bura bütün cinayətlərin kateqoriyaları daxil edilib və əvvəl yalnız başqa cəza növü ilə azad edilməsi nəzərdə tutulmuşdusa, hazırda azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi də nəzərdə tutulub.
Cinayət Məcəlləsinin xüsusi hissəsinin bir çox maddələrinə azadlığın məhdudlşdırılması cəzaları əlavə edilib, bəzi cinayətlər az ağır kateqoriyasına keçirilib. 177.1, 178.1, 179.1 maddələrinin tərkibi yüz manatdan beş yüz manatadək artırılıb, xeyli miqdar beş min manatdan yuxarı, lakin əll min manatdan artıq olmayan məbləğə, külli maiqdar əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, həmçinin beş yüz min manatdan yuxarı olan xüsusilə külli miqdar anlayışı daxil edilib.

Nəzərə çarpan dəyişikliklərdən biri 221-ci- xuliqanlıq maddəsi ilə bağlıdır. Maddənin 2-ci hissəsinin sanksiyası azaldılıb və tövsif edici əlamətlər fərqləndirilib. Əvvəllər silah qismində istifadə edilən istənilən alət 221.3 maddəsinin tərkibini yaradırdısa, hazırda bura yalnız odlu və ya soyuq silah qismində istifadə edilənlər aiddir. Digər hallarda 221.2 madədsinin tərkibini yaradacaq”.

Vəkilin sözlərinə görə, qanun layihəsi qəbul olunandan sonra bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq (Seymur Həzi, Məmməd İbrahim). Digərlərinin (İlqar Məmmədov) şərti olaraq vaxtından əvvəl, yaxud cəzasının yüngülləşdirilməsi qaydasında azad olunması da mümkündür”.

(modern.az)

Xəbər 1752 dəfə oxunub.



03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb


BÜTÜN XƏBƏRLƏR +