Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


24.07.2017  18:17 

Bakıda 45 yaşlı kişi 8 yaşlı uşağı zorlamaq istəyib - VİDEO





A+  A-

Bakıda 45 yaşlı kişinin 8 yaşlı oğlanı zorlaması iddia olunub.
XəzərNews.az Femida.az-a istinadən xəbər verir ki, hadisə iyulun 21-də 20:00 radələrində Xətai rayonu Mehmandarov küçəsində baş verib.

Hadisənin birbaşa şahidi olan mərhum Xalq şairi Zöhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli təfərrüatı danışıb. O qeyd edib ki, hadisə günü avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini deyib:

“Arxa tərəfə keçəndə baxdım ki, bir kişi şalvarını aşağı çəkib.Həmin vaxt telefonun kamerasını işə saldım ki, sübutum olsun. Həmin adam məni görən kimi qaçmağa başladı. Gördüm ki, balaca bir uşaq da ayağa durdu. Məni görən kimi ağlamağa başladı.Qaçan adamı təqib etməyə başladım. Xeyli qaçandan sonra aradan çıxdı. Uşaq da ağlaya-ağlaya arxamca qaçırdı. Adamı tuta bilmədim.”

Tahir Tahirli uşağın oraya necə gəldiyi barədə də açıqlama verib. Onun sözlərinə görə, uşağın anası Bakıda yerləşən restoranların birində qabyuyan işləyirmiş.

“Xeyli qaçandan sonra ayaq saxladım. Uşağı sakitləşdirdim, su alıb, verdim. Uşaqdan bura necə gəldiyini soruşdum. Cavabında bildirdi ki, anası restoranda işləyir. Anası ilə görüşdük. O, restoranda işlədiyindən uşağı qoymağa yer olmadığı üçün hər gün özüylə işə gətirdiyini dedi.Həmin adam uşağı oğurlayıb, gəzmək adıyla aparıbmış.”

Uşağa qarşı cinsi zor tətbiq etməkdə şübhəli bilinən şəxsin adı da artıq məlumdur. Tahir Tahirlinin sözlərinə görə, hadisəylə bağlı dərhal polis əməkdaşlarına məlumat verib.Hadisəni törədən şəxs isə Sabiradab rayon sakini 45 yaşlı Rauf adlı şəxsdir.

Məlumat verdikdən sonra Xətai rayon Çevik Polis Alayının əməkdaşları dərhal əraziyə gəldi. Baş leytenant İlqar Sadıqov və çavuş Hafiz Məmmədovun və digərlərinin iştirakı ilə həmin şəxsin axtarışına başlanıldı. Polislərin əməyi sayəsində gecə onu tutdular. Həmin adamı bölməyə gətirdilər. Məlum oldu ki, əvvəllər də məhkumluğu olubmuş. Bölmədə uşağa qarşı təcavüz etmədiyini deyirdi.


Xəbər 1176 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə


BÜTÜN XƏBƏRLƏR +