Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


24.07.2017  14:08 

Nəsimi rayon İcra Hakimiyyəti “ağac soyqırmına“ niyə reaksiya vermir - FOTOLAR





A+  A-

Zaman-zaman Bakı şəhər İcra Hakimiyyətləri tərəfindən verilən sərəncamlara əsasən hündürmərtəbəli bina tikmək üçün ərazilərdə tikinti aparan şirkətlər sanki ağaclara qarşı soyqırımı həyata keçirir.
Təbii ki, bu hal dövlətin müvafiq qurumları və ictimai nəzarət zamanı aşkarlanarsa həmin şirkət cəzalandırılır, bəzi hallarda isə verilən sərəncamlar ləğv edilir. Nümunə üçün Yasamal rayonu, Mətbuat prospektində tikinti aparan şirkətin törətdiyi qanunsuzluqlardan sonra baş verənləri xatırlayaq. “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşasını həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlət başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.
Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu dəfələrlə bildirib. Bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb. Odur ki, Yasamal rayonunun “Ovçular evi” adlanan ərazisində yaşayış binasının tikintisi zamanı ağacların qanunsuz kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi faktına dövlətimizin başçısının dərhal və kəskin reaksiyası bir daha təsdiqlədi ki, ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin hər zaman diqqətindədir. Dövlət başçısının tapşırıqlarına əsasən ərazidə salınan yeni park bunu bir daha təsdiq edir.
Belə bir halla bu günlərdə təkrar qarşılaşdıq. Belə ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət ilk reaksiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verdi: “19 iyul 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb.
Əraziyə keçirilən baxış zamanı məlum olub ki, 08.07.2017 tarixli 251 nömrəli sərəncam ilə Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya ayrılıb və sözügedən şirkət tərəfindən yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlanılıb.
Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub”.
Maraqlıdır, ərazidə tikinti aparmağa icazə verən Nəsimi rayon İcra Hakimiyyəti orada kəsilən ağaclara niyə biganə münasibət bəsləyib? Və yaxud da Sərəncama imza atana qədər bəlkə də həmin əraziyə ən azı yüz dəfə baxış keçirən İcra Hakimiyyətinin əməkdaşları kəsilən o beş ağacı niyə “görməyiblər”. Və yaxud da o hansı “pünhan qüvvədir” ki, Nəsimi rayon İcra Başçısı və onun tikintiyə nəzarətlə məşğul olan şəxslərini ölkə Prezidentinin 15 gün əvvəl Yasamalda salınan yeni parkın açılışında söylədiklərini belə tez unutdurub?
Əlbəttə, bu və ya digər suallara cavab tapmaq üçün Nəsimi rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Şöbədən isə bizi “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”nə yönləndirdilər?! Bu şöbə isə haqlı olaraq mətbuatın suallarına onların deyil, İctimaiyyətlə əlaqələr şöbəsinin cavab verməli olduğunu bildirdi.
Görünür ki, cavab verməyə sözləri yoxdur, amma bizim bundan sonra yazmağa faktlarımız çox olacaq.
Sonda Ümummilli lider Heydər Əliyevin ağacların qırılması ilə bağlı vurğuladığı fikirləri qeyd etmək yerinə düşər: “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”.





(azadinform.az)

Xəbər 2003 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə


BÜTÜN XƏBƏRLƏR +