Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi
Bu şirkət sahibinə ölkədən çıxış məhdudiyyəti qoyuldu


20.02.2020  12:10 

Sürücünün biri öldü, digəri saxlanıldı...





A+  A-

Xəbər verdiyimiz kimi, fevralın 16-da Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisində 1974-cü il təvəllüdlü Elməddin Aslanovun idarə etdiyi “Mercedes-Benz” markalı 57-CH-343 dövlət qeydiyyat nişanlı avtomobil Şahin Ağalarovun idarə etdiyi eyni markalı 99-XV-880 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, qəza nəticəsində sürücü Elməddin Aslanov və sərnişin Orxan Qarayevin hadisə yerində vəfat edib, digər 3 sərnişin isə xəsarət alıb.

Faktla əlaqədar Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Ş.Ağalarov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 18-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1779 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi

13.02.2025  12:10 

NATO Ukraynada sülh istəyir


BÜTÜN XƏBƏRLƏR +