Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


22.09.2022  13:56 

Xaricdən gətirilən malların bahalaşması gözlənilir - Ekspert





A+  A-

“FED-in qərarından sonra hələlik, ən azı bu il ərzində, Azərbaycan Mərkəzi Bankının valyuta dəyişikliyi ilə bağlı hansısa qərar verəcəyi gözlənilmir”.

XəzərNews.az bildirir ki, bu sözləri iqtisadşı-ekspert Natiq Cəfərli FED-in uçot dərəcənin artırmaq qərarını Modern.az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, obrazlı ifadə olunsa Azərbaycan manatı həm də bir növ kağız neftdir: “Neftin qiymətinin 90 dollar və ya daha artıq olduğu bir dövrdə Azərbaycan manatına hansısa dəyişiklik olmayacaq”.

“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Bizdə dollara indeksləşmiş inzibati məzənnə rejimi var. Buna görə də dolların digər valyutalar qarşısında bahalaşmasını manatın da digər məzənnələr qarşısında bahalaşması kimi görürük”-deyə ekspert vurğulayıb.

“Uçot dərəcəsinin artırılmasının təbii ki, dolayı təsirləri olacaq. Baha dollar Azəbaycanda idxal inflyasiyasına səbəb ola bilər. Yəni xaricdən gətirdiyimiz malların daha da bahalaşması gözlənilir”, – deyə N.Cəfərli bildirib.

Ekspertin sözlərinə görə, FED dünya banklarında inflyasiyanı azaltmağa çalışdığı üçün uçot dərəcələrini artırır.

Xəbər 5097 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +