Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


09.03.2022  12:57 

Kamran Həsənli deputatları sərt tənqid edib - Video





A+  A-

Aparıcı, jurnalist Kamran Həsənli deputatları sərt tənqid edib.

XəzərNews.az xəbər verir ki, bu barədə video paylaşan jurnalist onların Parlamentdə susmalarına, dünyada baş verənlərə reaksiyasız qalmalarına, Ukraynaya yetərincə dəstək olmadıqlarına qəzəblənib:

“Ay deputatlar, siz nə vaxt deputat, millət vəkili olacaqsınız?! Niyə danışmırsınız? Niyə susursunuz?! Dünya dağılır, müharibə gedir siz nə vaxt danışacaqsınız? Kənardan tökülən qanları, ölən körpələri, qadınları görmürsünüz?!

Deputatın işi məhz danışmaqdır.

Amma sizin işiniz Parlamentdə əl qaldırmaq və düymə basmaqdan ibarətdir. 125 deputatdan 5-i savadlı olar ya yox... Qalan hamısı nəinki qanun yaza, adi məqalə belə yaza bilmir. Bəs siz nə işlə məşğulsunuz?

Ukraynada əhali, deputatlar, aktyorlar, hər kəs əlinə silah alıb vuruşur, siz isə baxıb susursunuz?

Axı bizim 44 günlük Vətən Müharibəmizdə nə qədər ukraynalı deputatlar, xalq tərəfimizdə, arxamızda idi.

Heyf sizdən...Heyf oturduğunuz o bahalı binadan, mindiyiniz bahalı maşınlardan, geyimlərdən...

Heyf olsun, yaxanıza taxdığınız o bayrağa ki, sizin yaxanızdadır... Ayıb olsun!”.

Daha ətraflı videoda:



Xəbər 1911 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +