Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


18.02.2017  19:32 

Bakıda polislər qəzaya düşdü





A+  A-

Ötən axşam saat 19 radələrində Sabunçu rayonu Bilgəh- Maştağa yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az SalamNews-a istinadən xəbər verir ki, 32 yaşlı Abdullayev Ramin Tofiq oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşın yol sürüşkən olduğundan idarəetməni itirərək qarşı tərəfdə hərəkət edən Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə məxsus “Fiat Doblo” markalı avtomaşına çırpılıb.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomaşının sürücüsü və “Fiat Doblo” markalı avtomaşında olan iki nəfər polis əməkdaşı - 27 yaşlı Qəzənfərli Azad Ələsgər oğlu və 36 yaşlı Hüseynzadə Təbriz Məhiyəddin oğlu müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıblar. Xəstəxanada hər üç yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. İşi araşdıran təhqiqatçı Fikrət Məmmədov təsdiq edərək bildirib ki, qəza şəraitini "VAZ-2107" markalı avtomaşın yaradıb. Hər üç şəxsin izahatı alınıb və qəza nəticəsində əzilən avtomobillər cərimə meydançasına yerləşdirilib.



Xəbər 14648 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +