Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


04.02.2025  14:21 

Xarkovda ruslara işləyən agentlər yaxalandı





A+  A-

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov vilayətində Rusiya tərəfindən regionun mərkəzinə və onun ətrafına raket və bomba zərbələrini nişan verməkdə şübhəli bilinən yerli sakini və onun tərəfdaşını saxlayıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidməti Telegram-da məlumat yayıb.

Rusiya hərbi kəşfiyyatı şübhəliləri 2014-cü ildən ölkənin şərqində Ukrayna qoşunlarına qarşı döyüşən həmkəndliləri vasitəsilə uzaqdan işə cəlb edib.

Şübhəlilər könüllü işlərin arxasında gizlənmiş və evsiz heyvanlara kömək edirmişlər:

"Bu məqsədlə onlar hətta öz həyətlərində "sığınacaq" da yaradıblar. Tərk edilmiş heyvanların axtarışı adı altında avtomobillə ərazini gəzib, geolokasiya qeydə alıblar. Xainlər kəşfiyyat missiyaları zamanı tanış olduqları yerli sakinlərdən bütün əlavə məlumatları gizli şəkildə götürüblər. Agentlər telefonla aldıqları kəşfiyyat məlumatlarını şərq cəbhəsində döyüşən və Rusiya QRU ilə əməkdaşlıq edən tanıdıqları yaraqlıya ötürüblər".



Xəbər 836 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +