Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


03.02.2025  14:50 

Bu rayonlarda polis postları quruldu





A+  A-

Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.

Xəbər 3189 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +