Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


01.02.2025  19:57 

İran bölgədə zəifləyir, Ankara və Bakı strateji hədəfə doğru





A+  A-

Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçməklə ölkələri arasında quru dəhlizinin təmin edilməsi istiqamətində səylərini gücləndirir. İndiyədək Ermənistanın əsas müttəfiqi olan İran İrəvanın Zəngəzur dəhlizi kimi tanınan layihəyə qarşı çıxmasını dəstəkləyib.

İranın bölgədə zəifləməsi fonunda Ankara və Bakı əsas strateji hədəfə çatmaq üçün ortaya çıxan fürsəti əldən vermək istəmirlər...

Livan, Suriya və Fələstində, eləcə də Yaxın Şərqin digər nöqtələrində nüfuz dairəsində olan proksi qüvvələri itirən İran ciddi şəkildə çəkisin qeyb edib. Donald Tramp administrasiyasının da anti-İran mövqeyində olması heç kimə sirr deyil...

Nəzəri baxımdan, Tayyib Ərdoğanla xoş münasibətdə olan Donald Tramp Zəngəzur dəhlizinin açılmasına yaşıl işıq yandıra bilər.

Bu məsələ ilə bağlı “Azadlıq” radiosunun ingilisdilli bölümü geniş reportaj təqdim edib. Azərbaycan mediasında da oxşar fikirlər səslənib.

Mənim baxışıma görə, Azərbaycan ilə Ermənistan arasında əsas fikir ayrılığı Zəngəzur dəhlizi ilə bağlıdır. Yəni bu məsələdə konsensus əldə olunsa, qalan məsələləri yoluna qoymaq asandır...

Problem ondadır ki, Azərbaycan da, Ermənistan da balaca ölkədir. Böyük ölkələr bu məsələdə özü iradələrini yeritməyə çalışırlar. Böyük ölkələrin isə bu məsələyə münasibəti ciddi şəkildə fərqlidir. Yəni Azərbaycan və Ermənistana qalsa idi bu məsələ öz həllini çoxdan tapmışdı.

Məsələn, mən bir variant deyim. Azərbaycan Ermənistana öz ərazisindən Rusiyaya və Gürcüstana dəhliz verə bilər. Düzdür, Gürcüstanla Ermənistanın sərhədi var. Ancaq dağlıq ərazi olduğundan müəyyən çətinliklər olur, xüsusən qış vaxtları...

Türkiyə də Ermənistana çox şey təklif edə bilər. Kifayət qədər variant var. Sadəcə böyük ölkələr problemin məqbul həllinə imkan vermirlər...

Elbəyi Həsənli


Xəbər 1219 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +