Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


08.11.2021  23:25 

Real əfsanə...





A+  A-

44 günlük Vətən müharibəsinin başa çatmasından 1 il ötdü. Bu günə qədər ordumuzun qəhrəmanlıqlarından az-çox xəbərdar idik.

Müxtəlif videolar, müsahibələr, düşmənin etirafları və nəhayət döyüşlərdən iştirak edən tanışlarımızın danışdıqları bizdə (şəxsən məndə) müəyyən təsəvvür formalaşdırmışdı.

Lakin bu gün - 8 noyabr Zəfər Günündə "Şuşa, sən azadsan" və "Kod adı: Yaşma" sənədli filmləri bütün fikirlərimi dəyişdi. Sən demə bu vaxta qədər Vətən müharibəsi haqda heç nə bilmirmişəm. Bildiyim Azərbaycan ordusunun qəhrəmanlığı imiş.

Ancaq Qarabağın azad edilməsində əsgərlərimiz (şəhid və qazilər) qəhrəmanlıq edib demək azdır, çox azdır. Onlara qəhrəman, etdiklərinə qəhrəmanlıq demək əməklərini kiçiltməkdən başqa bir şey deyil. Artıq adım kimi əminəm ki, dünya hərb tarixi bu cür ordu və bu cür döyüşçülər görməyib. Bu sadəcə əfsanədir.

Bəlkə də 2020-ci ildə Qarabağda yaşanılanları hansısa kitabda oxusaydım, müəllifin təxəyyül gücünə heyran qalardım. Amma bunlar kitab səhifələrində deyil, real tarixdə, real məkanda və real şəxslər tərəfindən həyata keçirilib.

Bu nə qəhrəmanlıq dastanıdır, nə də kino ssenarisi. Bu bir xalqın öz soykökünə qayıtması, genetik koduna hopan döyüşkənliyinin və əzmkarlığının bariz nümunəsi idi.

Orxan İsayev

Xəbər 7038 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +