Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


28.08.2018  22:17 

Yaratdığımız ictimai qınağı beşikdəcə boğmayaq





A+  A-

"Dünya əbədi olaraq iki düşərgəyə bölünüb - şahmatçılara və şahmatçı olmayanlara" Mixail Botvinnik
Tələsirik. Əslində məntiq var: gecikənlər həmişə tələsərlər. Bəlkə də realıqda heç gecikmirik, itirdiyimiz yurd bizi xəyali olaraq keçmişə pərçimləyib. Sabaha baxmaq istəyən mən gözlərim qarşısında Zəngilanı görürəm - keçmişi.

Praqmatizm insanın yeganə xilas yoludur. Təəssüf, bizdə bu xarakter çatışmır. Adını taleh qoyub, özümüzü aldadırıq. Taleh sənin beynindədir. Bu aksiomanı lap yaxşı bilənlərimiz az da olsa, var. Onlardan birinin fikirləri iki gündür gündəmi burulğana çevirib. Göz-gözü görmür, qulaq başqa səs eşitmir, eləcə deyinirik, gileylənirik. Əlbəttə yürümək çətindir, amma bu o demək deyil ki, burulğana təslim olub, yerdə yumağa dönməliyik.

Emosionallıq bizi həmişə uduzduracaq. Həm də enerjimizi boşa xərcləmiş olacağıq. İki gündür "Qızıl oğlanı" xırdalayırıq. Qızılı xırdalamazlar, zərgərlər bilir, aşılana-aşılana yoxa çıxar.

Şəhriyar Məmmədyarovun açıqlamasından xəbər tutan kimi dedim, özü bu fikirləri hər hansı formada təkzib edəcək. Belə də oldu. "Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib" - "Qızıl oğlan"ın sözüdür. Cəmiyyət niyə bu qədər siyasiləşib? Yaxud siyasiləşə bilibmi? Lap dəqiqi, sadə vətəndaşın siyasətçi kimi düşünməsinə nə ehtiyac var? Bu sualların açıq qalması nəticədə şahmatçının birinci səsləndirdiyi səmimi, hətta doğru fikirlərin üstündən xətt çəkdi.

Şəhriyarın "Mənim kimi professional oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma qatılıram. Buradakı insanların hamısının sponsoru var" - gileyinə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da dolayısı ilə haqq verdi: "Məmmədyarov heç bir yarışa öz hesabına getmir və onun dahi idmançı kimi sponsor axtarması normaldır. Şəhriyar hər bir yarışa xüsusi dəvət alır və bu dəvəti dəyərləndirir. Özünün xərci yalnız şahmat məktəbinə və məşqlərinə gedə bilər. Azərbaycan dövləti daim onun arxasındadır. Hansı yarışa gedibsə, həmin yarışdan sonra mükafatlandırılıb. Ona hər cür şərait yaradılıb. Bizdə idmana ayrılan diqqət Qərbdəkindən fərqlənir. Məsələn, Karuananın yetişməsində ABŞ və ya İtaliya dövlətinin heç bir rolu olmayıb. Ona sponsorlar dəstək olub. Ola bilər ki, Şəhriyar məşqləri üçün əlavə xərclər istəyir və ya dahi idmançı kimi ona daha çox dəyər verilməməsindən, sponsorların olmamasından narazıdır. Burda da tam haqlıdır. Onun açıqlamasında qeyri-adi nəsə axtarmaq yanlışdır”.

Bitdi. Burulğan dayanıb. Toz-torpağını Şəhriyar ikinci açıqlaması ilə təmizlədi, "Biz sponsorluq üçün şirkətlərə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə bu müraciət 6 il əvvəl olub. Lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim. Bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır" - deyən "Qızıl oğlan" həm də bizə - qızıl xırdalayanlara yolumuzdakı toz-torpağın da təmizləndiyi mesajını verdi.

Yolumuza davam edək. Sevinək, fərəhlənək, ictimai rəyin var olduğu ilə qürur duyaq. Bir dəfə "bizi eşidirlər" məzmunlu status yazmışdım. Bir neçə dostumuz etiraz edərək, bizdə ictimai qınaq olmadğını bildirmşdi. Şəhriyar faktı "ictimai qınaq" adlı qalanın olduğunu göstərdi.
Buyurun, sığınacağımız da var, yolumuz da. Təkcə bu yolla səndələmədən, tələsmədən, xəyala dalmadan, soyuq başla yürümək, yürümək, yürümək qalır.

Söhbət bitib və həqiqət aşkara çıxıb: Azərbaycanda sponsorluq sistemi çox zəif inkişaf edir.
Facebookadakı müzakirələrdə Qulu Məhərrəmlinin statusuna Federasiyanın cavabının təmkinli olduğunu əks etdirən rəy yazdım. Onun cavabı xoşuma gəldi. "Federasiya gözəl deyib, Şəhriyarsa düz" - bu fikrin davamını belə sonuclayaq: Düzlüklə gözəllik birləşsin! Həm zövqlü olaq, həm doğru.
Allah Şəhriyarı sevindirsin, ictimai qınaq institutunun varlığını bizə xatırladıb, gələcəyin bədgüman notlar üzərində faciəvi əsər kimi səslənməsinə imkan vermədi.

Ceyhun MUSAOĞLU

Xəbər 1254 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə


BÜTÜN XƏBƏRLƏR +