Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


12.03.2019  15:36 

Paşinyan Ermənistan prezidentini Xankəndindəki tədbirə dəvət etməyib





A+  A-

Ermənistan prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.
XəzərNews.az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, Sarkisyanın mətbuat xidmətindən bildirilib ki, ona tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: “Prezident texniki səbəblərə görə Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcək”.

Qeyd edək ki, martın 11-də Ermənistan baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

“Qraparak” qəzeti yazır ki, N. Paşinyan tədbirə Armen Sarkisyanı yox, Ermənistan parlamentinin spikeri, müttəfiqi Ararat Mirzoyanı dəvət edib. Lakin işğalçı ölkənin yeni Konstitusiya qanunlarına görə, Təhlükəsizlik Şurasının iclasında nə prezident, nə də spiker iştirak edə bilər. Belə ki, Şuranın üzvlərinə baş nazir, vitse-prezident, Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, XİN rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi daxildir.

Xəbər 1043 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +