Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


06.03.2019  12:04 

Pakistan öz səfirini yenidən Hindistana göndərir





A+  A-

“Hindistanla Pakistan arasında gərginlik azalır. Rəsmi İslamabad bunu müsbət dəyişiklik kimi dəyərləndirir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Pakistan XİN rəhbəri Şah Mahmud Kureşi bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi səfiri Nyu-Dehliyə göndərmək qərarını verib.

“Yaxın günlərdə Pakistan nümayəndə heyəti Hindistana səfər edərək bu ölkənin səlahiyyətli orqanları ilə Kartarpursk dəhlizinin açılmasının perspektivlərini müzakirə edəcəklər. Bu dəhliz hind zəvvarların Pakistana vizasız səfərlər etməyinə imkan yaradacaq”, - deyə Kureşi vurğulayıb.

Qeyd edək ki, Pakistan fevralın 27-də Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir. Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub.

Xatırladaq ki, iki ölkə arasında gərginlik bu il fevralın 14-də mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən terror hücumundan sonra artıb. Terrakt nəticəsində 45 nəfər ölüb. Hücuma məsuliyyəti Pakistanda yerləşən və Məsud Azharın rəhbərlik etdiyi “Caiş-e-Muhammad” adlı təşkilat öz üzərinə götürüb. Bundan sonra Hindistan Pakistanı terror qruplaşmasını dəstəkləməkdə təqsirləndirib. Rəsmi İslamabad isə ittihamları qəbul etməyib.

Xəbər 1236 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +