“Qarabağ” bu dəfə “Turan Tovuz“a uduzdu
Xəzərdə zəlzələ olub
Nəsildən-nəslə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır - Səidə
DİN xəbərdarlıq etdi: Bu paylaşımlar saxtadır...
Nianın evinə silahlı basqın EDİLDİ
Mərdəkanda evdə partlayış: Yaralanan var
Son 24 saat ərzində 167 döyüş qeydə alınıb
Xətaidə bu park zibilxanaya çevrilib - VİDEO
Paşinyan hansı əraziləri Azərbaycana verməyəcək?
Belarusda prezident seçkiləri keçirilir


14.02.2022  14:44 

Sabiq rektor Nurlana Əliyevanın həbsi tələb olunur - Məhkəmə





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Yusif Babayev ifadə verib. Şahid, ifadəsində həyat yoldaşının BSU-da işə düzəlmək üçün Dürdanə Əliyevaya 10 min manat verdiyini, lakin işlə təmin edilmədiyini deyib: "Eşitmişdim ki, universitetdə işə qəbul və digər məsələlərlə Dürdanə Əliyeva məşğul olur. Ona görə birbaşa özü ilə görüşdüm.

Razılaşdıq ki, həyat yoldaşım Xarici Əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi çalışacaq. Bunun qarşılığında Dürdanə xanıma 10 min manat verdim. Sentyabr ayında dedilər ki, pandemiyaya görə yanvar ayından işə başlayacaq. Yanvar ayı da gəldi, yenə olmadı. Verdiyim pulu da geri ala bilmədim".

Təqsirləndirilən Dürdanə Əliyeva şahidin ifadəsinə münasibət bildirmək istəməyib.
Prosesdə daha sonra ixtisasartırma üçün BSU-da təhsil almış Esmira Qurbanova və Rövşanə Abduləzimova ifadə verib. Şahidlər Dürdanə Əliyevaya verdikləri təhsil ödənişlərinin bir hissəsi hesaba oturmadığı üçün Universitetə borclu qaldıqlarını bildiriblər.

Prosesdən sonra Dürdanə Əliyeva APA-ya açıqlamasında sözügedən əməli təkbaşına etmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb etdiyini deyib.

D. Əliyevə qeyd edib ki, Nurlana Əliyeva və mühasibin cinayət məsuliyyətinə cəlb olunması üçün dəfələrlə vəsatət qaldırıblar.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər 1889 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.01.2025  18:16 

Xəzərdə zəlzələ olub

26.01.2025  10:28 

O əməliyyatdan 33 il ötür

26.01.2025  10:15 

59 yaşlı qadını avtomobil VURDU

26.01.2025  00:39 

Ərdoğan Xocalıya səfər edəcək

25.01.2025  19:02 

Xəzərdə zəlzələ OLDU

25.01.2025  12:57 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +