Xətaidə “qadın türməsi“nin yerində nə tikilir?
Kolleclərdə “Müəllimlik” ixtisası ləğv EDİLİR
2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edildi
Rusiyaya məxsus aerodrom vuruldu
Ukrayna 1240 rus hərbçisini zərərsizləşdirib
İcra başçısı Prezidentin qadağasını pozdu - FOTOLAR
“Rus Evi“ ilə bağlı daha bir SENSASİON XƏBƏR
Avropadan 441 azərbaycanlı geri qaytarıldı
Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video


12.01.2025  21:32 

“Bu qədər pulu haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı





A+  A-

Ötən gün üç sahibkarın 4 milyon manatını ələ keçirmə ittihamı ilə həbs edilən birjaçının müğənni Elariz Məmmədoğlunun kürəkəni olması barədə məlumat vermişdik

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddətdir Amerikada yaşayan müğənni Globalinfo.az-a açıqlamasında kürəkəni Nizami Alışanın həbsinə münasibət bildirib.

“Çox qəribədir, niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu haradan əldə ediblər? Şər və böhtan atmaq asan bir işdir indiki vaxtda. Heç kim vicdan əzabı çəkmir. Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm”.

Fotoda: Nizami Alışan


Müğənni iddia edir ki, cinayət barəsində də ilk dəfə indi xəbərdar olub: “Bilmirəm, mən yaradıcı insan, incəsənət adamı olduğum üçün belə şeyləri məndən gizlədirlər. Yalnız sizdən öyrəndim”.

Qeyd edək ki, cinayətin üstünü Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi açıb.

İttihama görə, Nizami üç zərərçəkmişə valyuta alqı-satqısı ilə yaxşı gəlir vədi verib onların 4 milyon manatdan çox pulunu ələ keçirib.

Zərərçəkmişlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.

Nizami özü isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun bir neçə il əvvəl vəfat edən atası isə polkovnik Akif Alışanovdur. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Xəbər 2565 dəfə oxunub.




06.02.2025  12:19 

Qar dənələri

06.02.2025  11:11 

Rusiyaya məxsus aerodrom vuruldu

06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +