Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


11.03.2021  10:07 

“Hər iki ayağımı itirmişəm, mənə 3-cü qrup əlillik verilib”





A+  A-

Vətən müharibəsi qazisi Cavadov Ervin Tərxan oğlu ona verilən 3-cü qrup əlillik dərəcəsindən narazıdır.
XəzərNews.az xəbər verir ki, 27 yaşlı gizirin “Qafqazinfo”ya bildirdiyinə görə, döyüşlər başlayan ilk gündən ön cəbhədə xidmət edib. Oktyabrın 6-da Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq hərəkət qabiliyyətini itirsə də, ona 3-cü qrup əlillik təyin olunub:

“Cəbrayılda minomyot mərmisi ilə vurulduq. Bir neçə qardaşımız şəhid oldu. Mən hər iki ayağımdan ağır yaralandım, şah damarım partladı. Oradan məni əvvəlcə Füzuli Diaqnostika Mərkəzinə, sonra isə Bakıda hərbi hospitala gətiriblər. Bu müddət ərzində 4 dəfə ürəyim dayanıb, adrenalin iynəsiylə və şok verməklə ayıldıblar. Bu vaxta qədər 5 dəfə əməliyyat olunmuşam, sağ ayağım dizdən 4 barmaq aşağı kəsilib. İkinci ayağımda da sinirlər zədələndiyindən tərpənmir. Tibbi cəhətdən bu ayaq artıq dayaq rolunu oynayır. Demək olar ki, hər iki ayağımı itirmişəm. Bədənim qəlpələrlə doludur. Mənə bu vəziyyətdə 3-cü qrup əlillik təyin olunub”.

E. Cavadov bildirib ki, müharibədən həm nevroloji, həm də psixoloji kontuziya alıb. Aldığı zədələrdən yuxu pozğunluğu yaranıb. Yalnız dərmanlar vasitəsilə yuxuya gedir. Qazi deyir ki, indiyə qədər müalicə və əməliyyat xərclərinə “YAŞAT” Fondu tərəfindən dəstək olunub. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə müraciət etsə də, bildirilib ki, qanunvericiliyə əsasən, ona ancaq üçüncü qrup əlillik düşür.

Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentlikdən məsələnin araşdırılaraq cavab veriləcəyi bildirildi.

Qeyd edək ki, bundan əvvəl də Vətən müharibəsi qazilərinin əlillik təyinatları ictimai narazılıq yaratmışdı. Vətən müharibəsi zamanı əzalarını itirən şəxslərə əlillik dərəcəsinin təyini ilə bağlı çoxsaylı şikayətlərdən sonra Azərbaycanda əlilliyin təyini ilə bağlı meyarların dəyişəcəyi açıqlandı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bununla bağlı təkmilləşdirilmiş layihə - “Əlilliyin müəyyən olunması meyarları" təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Sənədə əsasən, xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərlə ifadə olunacaq.

Yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq. Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır. Əlilliyin qiymətləndirilməsi meyarlarına əsasən, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması insan orqanizmi funksiyalarının 81-100% itirilməsi IV dərəcə, 61-80% itirilməsi III dərəcə və 31-60% itirildiyi hallarda isə II dərəcə təyin ediləcək. İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi zamanı (10-30%) yalnız peşə xəstəliyi və əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılır.

Hazırda isə əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun həyata keçirilir. Mövcud qanunvericiliyə görə, ayağın dizdən aşağı amputasiyası zamanı şəxsə 3-cü dərəcə əlillik, hər iki ayağın amputasiyası zamanı 1-ci dərəcə əlillik, dizdən yuxarı amputasiya olarsa, ikinci dərəcəli əlillik müəyyən edilir.

Xəbər 1907 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +