Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


08.08.2025  13:17 

Mama-ginekoloqa görə bu klinika cəzalandırıldı





A+  A-

Prokurorluq orqanları tərəfindən vətəndaşların əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam edir.

Baş Prokurorluqdan XəzərNews.az -a verilən məlumata görə, Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə şəhər "İstanbul Genetics Klinika" MMC-də həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda MMC və MMC-nin direktoru Seyfəddin Miriyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində və Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq qərarı ilə MMC-nin vəzifəli şəxsi 4500 manat məbləğində inzibati cərimə edilib.

Xəbər 576 dəfə oxunub.




12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +