Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


08.11.2017  09:37 

“Meşə qənimləri“ tapıldı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib.
XəzərNews.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı “ZİL”, “Kamaz”, “UAZ”, “Ural”, “Qaz-53”, “Qaz-66” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 47,58 m3 həcmində palıd, fıstıq, vələs, qovaq cinsli meşə materiallarının aparıldığı aşkar edilib. Eyni zamanda rayonun Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalınçaq, Çəmənli və Mollalı kəndlərinin 25 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 114,9 m3həcmində qanunsuz meşə materialından istifadə edildiyi müəyyən olunub.

İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı “ZİL”, “Kamaz”, “Qazel”, “Qaz-53” və “Qaz-24” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 42,34 m3 həcmində fıstıq, vələs cinsli meşə materialı və meşə materiallarından hazırlanmış yeşiklərin aparıldığı aşkar edilib. Bundan başqa, Göyçay rayon bazarında qanunsuz meşə materialının satıldığı, Göyçay şəhəri Nizami küçəsi 90 ünvanında Samir Mustafayevə, Natavan küçəsi 118 ünvanında Yaqub Məmmədova, Heydər Əliyev küçəsi 25 ünvanında isə İsmayıl Yaqubova məxsus yeşik sexlərində qanunsuz yolla əldə olunmuş, ümumilikdə 12,36 m3 həcmində meşə materialları müəyyən edilib.

Qəbələ rayonu ərazisində keçirilən reydlər zamanı Məmmədağalı kəndinin 5 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 7,96 m3 həcmində qanunsuz meşə materialının istifadə edildiyi aşkar olunub.

Faktlarla bağlı təqsirkarlar barəsində akt və protokollar tərtib edilib, qanunsuz yolla əldə edilmiş meşə materialları maddi sübut kimi saxlanılıb. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Hazırda reydlər davam etdirilir.

Xəbər 1124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +