Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


05.05.2017  15:17 

“Əks halda dünya təhlükəli bir yer olardı” - İlham Əliyev





A+  A-

“Azərbaycan əsrlər boyunca müxtəlif sivilizasiya və mədəniyyətlərin görüş yeri olub. Bizim coğrafiyamız, tariximiz və Azərbaycandakı inkişaf onu göstərir ki, mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir. Bu dialoq olmadan dünya daha təhlükəli bir yer olardı".
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı deyib. İlham Əliyevin sözlərinə görə, Azərbaycanın tarixi, ənənələri və coğrafiyası həqiqətən də diktə edib ki, ölkə sivilizasiyaların görüşdüyü yer ola bilər və olmalıdır: "Yüzilliklər boyunca Azərbaycanda insanlar müxtəliflik şəraitində yaşayıblar. Multikulturalizm, etnik və dini müxtəliflik - bu bizim tariximizdir, bügünkü reallıqdır və biz bununla fəxr edirik. Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün etnik qrupların və dinlərin nümayəndələri burada dinc şəraitdə yaşayırlar".

Prezident vurğulayıb ki, ölkənin tarixi abidələri də Azərbaycanın mədəni müxtəlifliyini və qədim tarixə malik olduğunu əyani şəkildə nümayiş etdirir.

Prezident deyib ki, Azərbaycanda mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur və onların əksəriyyətinin tikintisi dövlət tərəfindən maliyyələşdirilib: “Bu bizim tariximizi, eləcə də siyasətimizi nümayiş etdirir”.

İlham Əliyev bildirib ki, mədəniyyətlərarası dialoqa həsr olunmuş forumun təşkili ilə bağlı qərarın qəbul edilməsinə səbəb Azərbaycanın tarixi və reallıqları, eləcə də bu məsələlərin həlli üçün geniş formatın yaradılması niyyəti olub: “Hazırda bunu etməyə bəlkə də daha çox ehtiyac var. İlk növbədə ona görə ki, dünyada bəzi tendensiyalar təəssüf ki, mədəniyyətlərarası dialoqa deyil, uzaqlaşmağa, özgələşməyə gətirib çıxarır. Biz mütəmadi olaraq dünyanın müxtəlif yerlərində anlaşılmazlıq üzündən müxtəlif dinlər və entik qrupların nümayəndələri arasında münaqişələr və vətəndaş müharibələrinin baş verdiyini görürük”.

Xəbər 1217 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +