Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


18.02.2024  00:41 

Ermənistan sərhəddə təxribata əl atarsa cavabını alacaq -Politoloq





A+  A-

Ermənistan yenə sərhəddə təxribata əl atarsa, artıqmasıyla cavabını alacaq və Almaniya kansleri bunun qarşısını ala bilməyəcək.

Xəzərnews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq iki ölkənin liderlərinin Münxendəki görüşünü şərh edib:

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münxendə görüş Almaniya Kansleri Olaf Şolzun istəyi ilə baş tutub. Hər iki tərəf ev sahibinə “yox” deməmək üçün razılaşıb. Ancaq əvvəldən bəlliydi ki, mümkün görüşdə irəliləyiş əldə olunmayacaq. Çünki tərəflərin baxışlarındakı fərqlər qaldırılmayıb.

Buna baxmayaraq, Münxen görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yenidən yaxın zamanda görüşmək tapşırığı verməsi ortamın yumşaldılmasına xidmət etməlidir. Həmçinin liderlər xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq da veriblər".

E.Şahinoğlu bildirib ki, Almaniyanın vasitəçilik təşəbbüsünün daimi xarakter daşıyacağını söyləmək çətindir:

"Əlbəttə, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək. Digər tərəfdən, baş verənlərin fonunda Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Sadəcə Şolz Münxen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək İlham Əliyevlə Nikol Paşinyanı görüşdürdü.

Şolzun vasitəçiliyini davam etdirməsi üçün xüsusi planı yoxdur. Almaniya kansleri görüş təşkil etməklə özü və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışdı. Onun sosial şəbəkə hesabında yazdığı “Hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır” cümləsi də Şolzun xanəsinə yazıla bilər. Ancaq Ermənistan yenə sərhəddə təxribata əl atarsa, artıqmasıyla cavabını alacaq və Şolz bunun qarşısını ala bilməyəcək”.//Yenisabah

Xəbər 1744 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +