PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


13.02.2024  18:01 

On yaşlı Nərminin qətli: təqsirləndirilən şəxs məhkəmədən bəraət istəyib





A+  A-

Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib və o, hakimdən bəraət hökmünün çıxarılmasını istəyib.

Xəzərnews.az "Report"a istinadla xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə İ.Süleymanov çıxış edib.

O bildirib ki, istintaq dövründə işgəncələrə məruz qalıb, bir çox faktlar dəqiq araşdırılmayıb. İ.Süleymanov söyləyib ki, təzyiq və işgəncələrə görə cinayəti boynuna götürüb.

Müttəhim deyib ki, istintaq dövründə öz sübutunu tapmayan faktlara da məhkəmə dövründə düzgün baxılmayıb:

"İstintaq dövründə Nərmin Quliyevanın övladlığa götürmək istədiyimi deməyimə səbəb mənə verilən işgəncələr olub. İstintaq dövründə işgəncələrə dözə bilməyib Nərmin Quliyevanı övladlığa götürmək istədiyimi dedim. İstintaq zamanı qeyd olunub ki, guya mən cinayəti törətməzdən öncə meyitin hansı əraziyə aparılaraq yandırılması planını xəritə üzərində qərarlaşdırmışam. Bəyəm mən doğulduğum gündən bəri yaşadığım kəndi tanımırdımmı ki, xəritəyə baxırdım? Ümumiyyətlə istintaq dövründə saxta sübutlar yaradılıb və məni ittiham ediblər. Gəncə Ağır Cinayətlər Məhkəməsində barəmdə verilən qərarla qəti razı deyiləm".

N.Quliyevanın ailəsinin vəkili və prokuror isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Məhkəmənin növbəti iclası martın 5-nə təyin olunub.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 2576 dəfə oxunub.



14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +