Vəfat edən əsgərlə bağlı RƏSMİ AÇIQLAMA
Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


12.02.2024  09:09 

Arvad ərdən gizlin başqa kişinin donorluğu ilə uşaq dünyaya gətirib





A+  A-

“Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir”.

Xəzərnews.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə yazıb.

O, bildirib ki, işin təfərrüatları Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunub:

“Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib və alıb da). Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Öndər Tulumbacı) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər.

Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər (yəni kişi ata kimi qalıb və aliment ödəməyə məcbur edilib). Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi.

Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar.

Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki bicbalaların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindidir. Bildiyimə görə digər oxşar məhkəmə işləri də var!”

Xəbər 959 dəfə oxunub.




15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +