“Azəriqaz”ın əməkdaşlarına qarşı zor tətbiq olundu
Prezident Vergi Xidməti əməkdaşlarını təltif etdi
Kəmaləddin Heydərov Aygün Bəylərin qızını himayəsinə götürüb
“Land Rover“i 200 sürdü, paylaşdı, cərimələndi....
Əmək haqqı və pensiyalar artırıla bilərmi?
Azərbaycanda referendumun keçiriləcəyi anonsu verildi - İddia
Daha 1153 tələbənin diplomu tanınmadı
O qız xuliqanlıq edib, cinayət işi qaldırıldı
İranın Fələstinə dəstəyinə inanmaq anormallıqdır... - Mübariz Əhmədoğlu
Dağıstanda 4,6 bal gücündə zəlzələ baş verib


10.02.2024  15:23 

Müdafiə Nazirliyindəki korrpusiya zənciri harda qırılıb?





A+  A-

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xəzərnews.az unikal-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində bir neçə hərbi hissənin maliyyə bölmələrinin rəisləri şahid qismində ifadə verib. İbtidai istintaq zamanı məlum olub ki, ayrı-ayrı hərbi hissələrin maliyyə bölməsinin rəisi işləmiş Məmmədli Vüsal Möhübbət oğlu ümumilikdə 657 min manat mənimsəyib: “Mənimsədiyim pullardan 220 min manatını rəsmi qaydada qaytarmışam. Onun 150 min manatını ibtidai istintaq, 70 min manatını da məhkəmə prosesləri zamanı. Mənimsəmənin formasına gəlincə, qayda belə olub ki, dövrün sonunda qalan vəsaitlər cədvəllər vasitəsilə silinirdi. Qalan məbləğin 50 faizi bizə, 30 faizi təftişə, 20 faizi isə maliyyələşməyə qalırdı. Belə ki, təftişə gələn Süleyman Abbasova bir dəfəyə 214 min manat vermişəm. Təftişə nə qədər pul çatacağını Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi polkovnik Rafael Xələfov müəyyən edirdi. O, korpusun maliyyə xidmətinin rəisi Nazim Süleymanova tapşırıq verirdi. Təftişə gələn maliyyəçilər isə yuxarı çatan pulu götürüb Rafael Xələfova aparırdı. İşlədiyim sonuncu hərbi hissədə isə təftiş olmayıb. Ümumi məbləğin 20 faizini mənimsəmə kimi yazıb götürüblər”.

Vüsal Məmmədlidən sonra hazırda Hərbi Polis İdarəsinin maliyyə xidmətinin rəisi işləyən Eyvazov Mirseyid Mirvəli oğlu dindirilib: “2012-2020-ci illərdə korpuslardan birinin maliyyə xidmət idarəsində baş köməkçi vəzifəsində işləmişəm. Bundan sonra 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına kimi Hərbi Polis İdarəsində işləmişəm, hazırda da yuxarıda qeyd etdiyim kimi yenə həmin vəzifədəyəm. Təftişçi kimi korpusun tabeliyində olan hərbi hissələrdən birində yoxlamada olmuşam. 20 min pul verilib, onu da Rafael Xələfova vermişəm. Hərbi Polis İdarəsində işlədiyim həmin 2 il ərzində mənə 1 milyon 300 min civarında mənimsəmə yazıblar. Təftişə həmin 2 ildə ümumilikdə 80 min bir, 385 min də bir pul vermişəm. Bu məbləğləri məndən Sadıq Sadıqov, Süleyman Abbasov və Teymur Teymurov alıb. Onlar da Rafael Xələfovun işçiləri olub. İbtidai istintaq zamanı işlədiyim həmin 10 il ərzində 700 mindən çox pul mənimsədiyim aşkara çıxıb. Onun da 345 min manatını ibtidai istintaq zamanı, 60-70 minini də məhkəmə istintaqı gedən zaman ödəmişəm”.

General Nizami Məmmədovun mənə heç bir göstərişi olmayıb, Rafael Xələfov məcburi deyirdi ki, “gətir hamısını qoy ortaya”

Sonuncu dindirilən, hazırda Təlim-Tədris Mərkəzində müəllim vəzifəsində çalışan mayor Məmmədov Səbuhi Məmməd oğlu olub. Mayorun sözlərinə görə, 2015-2020-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin sonra isə hərbi hissələrdən birinin maliyyə bölməsinin rəisi olub. Belə ki, onun işlədiyi hərbi hissələrdə 3 milyon 450 min manat mənimsəmə faktı aşkarlanıb: “Əlimdə 57 “ölü kart” var idi. Həmin kartlara maaş yazırdıq. Amma kartların sahibləri əsasən tərxis olunmuş MAXE-lər idi. “Ölü kartlar”a köçürülən pullar mənim tərəfimdən götürülürdü sonra yoxlama nə deyirdi məndə onu verirdim”.

Məhkəmə prosesinin bu yerində təqsirləndirilən Cəlal Kazımov sifariş tələbnamələrinin verilməsi ilə bağlı S.Məmmədova sual ünvanladı:

- Həmin dövrdə, yəni Nəriman Cabbarov və Sadıq Sadıqovun vaxtı sifariş tələbnamələrini necə verirdiz, mülki yoxsa hərbiçi kimi? Xatırladım ki, həmin zaman Cəmşid Naxçıvanski adına hərbi liseydə 800 mülki, cəmi 100 nəfərdən çoxda zabit olub”.

- Həmin vaxt tələbnaməni əsasən hərbiçi kimi verirdik, çünki əlimdə yuxarıda dediyim kimi “ölü canlılar”ın kartları var idi. Bu kartlar vasitəsilə bir ilə 650 min manat yığılırdı. Nəriman Cabbarova gəlincə, o mənə heç bir faiz qoymurdu, kim nə istəyirdi onuda verirdim. Əsasən 2 dəfə külli miqdarda pul vermişəm təftiş şöbəsinin işçilərinə.

Mənimsədiyim 715 mindən 651 min manatını bir, 502 mindən isə 442 min manatınıda bir vermişəm Sadıq Sadıqova. O da həmin məbləğin 600 min manatını öz rəhbərliyindən gizlədib. 2019-cu ildə Rövşən müəllim təftişə gələndən sonra üstü açıldı ki, Sadıq Sadıqov həmin məbləği yuxarı çatdırmayıb. Məni Təftiş şöbəsinə çağıranda Sadıq Sadıqov mənə dedi ki, bu məbləği öz boynuna götürərdin sonra mən sənə qaytarardım.

General Nizami Məmmədovun bu məbləğlərlə bağlı mənə heç bir göstərişi olmayıb.

Şəxsən Rafael Xələfova 700 min manat vermişəm, məcbur deyirdilər “gətir hamısını qoy ortaya”. Ümumi mənimsədiyim puldan mənə 10 faiz qalırdı. Hərbi hissədə işlədiyim dövrdə isə 120 min manat mənimsəmişəm. Ümumilikdə mənə ibtidai istintaq tərəfindən 399 min manat mənimsəmə yazılıb, onun da 20 min manatını ödəmişəm. Hazırda müəllim işləyirəm, qalanını ödəməyə imkanım yoxdur".

Növbəti məhkəmə prosesi fevral ayının 16-na kimi təxirə salınıb.

Xəbər 350 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.02.2024  22:41 

Paşinyan Fransaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +