200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


11.01.2024  11:47 

“Burada KİV-lər əsas rol oynayır” - MSK sədri





A+  A-

Mətbuat hər zaman çalışmalıdır ki, seçki proseslərini izləməklə yanaşı, seçki prosesindəki çatışmazlıqları da yaxından araşdırsın.

Xəzərnews.az Report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda seçki praktikasına nəzər salsaq, burada KİV-lər əsas rol oynayır: “Ona görə də KİV-lərlə keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir”.

M.Pənahov söyləyib ki, seçkilər demokratiyanın əsas meyarı hesab olunur: “Ona görə də bu prosesə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Bu baxımdan seçki prosesində hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik”.

Xəbər 1761 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +