PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


23.12.2023  16:52 

Fransa agentura şəbəkəsi Azərbaycanda necə ifşa olundu?





A+  A-

Fransanın agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ilə bağlı artıq bir sıra məlumatlar yayılıb. Azərbaycanda ifşa olunan şəbəkə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif məqsədli əməliyyatlar icra edib.

Fransanın agentura şəbəkəsi necə fəaliyyət göstərib?

“Trend”in məlumatına görə, agentura şəbəkəsi Fransa səfirliyi daxilində fəaliyyət göstərib. Onlar bir sıra ölkələrin nümayəndələri ilə bağlı kəşfiyyat aparıblar. Şəbəkə regionda yeni məqsədlər formalaşdırmaqla təsir dairəsini genişləndirməyə çalışıb.

Şəbəkəyə daxil olan üzvlərin bir çoxu əvvəllər və ya indi Azərbaycanda xidmət edib, bəziləri isə müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda çalışırlar.

Fransanın agentura şəbəkəsi Azərbaycanda necə ifşa olundu?

Azərbaycan təhlükəsizlik orqanları fəaliyyət istiqamətlərinin genişliyi, peşəkarlığı ilə hər zaman seçilib. Fransanın agentura şəbəkəsinin ifşa olunmasında da biz bu peşəkarlığın şahidi olduq. Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması da ölkəmizin xüsusi xidmət orqanlarının əzmkar fəaliyyətinin nəticəsidir.

Azərbaycan xüsusi xidmət orqanlarının apardıqları fəaliyyət nəticəsində uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş vətəndaşlarından biri könüllü olaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Mənbə bir çox vacib məlumatları da bölüşüb. O, Fransa agentlərinin fəaliyyətlərinə dair dəlil və sənədlər təqdim edib.

Həbs olunanlar var

Aparılan cinayət işi üzrə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunublar, bəziləri barəsində isə araşdırma aparılır.

Yaxın zamanlarda bu barədə geniş məlumat veriləcəyi gözlənilir.

Sözügedən agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması isə Makron hakimiyyətinin növbəti fiaskosu kimi qiymətləndirilir. Artıq Fransa Prezidenti Emmanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin vəzifəsindən azad olunmasının əsas səbəbləri sırasında Qafqazda Fransa agenturasının ifşa olunması da göstərilir.

Əldə olunmuş faktlar növbəti dəfə sübut edir ki, Fransa hakimiyyəti beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymayaraq ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışır. Müxtəlif əməliyyatlar keçirərək öz məqsədlərinə çatmağa çalışır. Artıq Afrikadan Qafqaza kimi bütün fəaliyyət istiqamətləri üzrə Makron rejimi iflasa uğrayıb. Emmanuel Makronun yürütdüyü yanlış siyasət Fransanın bütün dünyada mövqelərini dağıdıcı zərbələr vurmaqda davam edir.

Xəbər 3529 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +