Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


21.12.2023  12:17 

Qüdrət Həsənquliyev 0-dan aşağı səs toplayacaq - Cəlaloğlu





A+  A-

“Bugünkü Azərbaycan özünü 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Ona görə də Azərbaycanın adının dəyişdirilməsinin heç bir mənası yoxdur”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya lideri Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin 2024-cü il prezident seçkiləri ilə bağlı elan etdiyi platformada ölkənin adının dəyişdirilməsi üçün irəli sürdüyü təklifdən söz açıb.

Xatırladaq ki, BAXCP sədri Prezident seçiləcəyi təqdirdə ölkənin adının “Şimali Azərbaycan Respublikası” olaraq dəyişdiriləcəyini söyləyib.

S. Cəlaloğlu isə bu fikirlərlə razlaşmadığını dilə gətirib. O, əlavə edib ki, cənubdakı Azərbaycan ərazi adıdır:

“Bu, dövlət adı deyil ki, biz deyək, Cənubi Azərbaycan dövləti var. Cənubdakı coğrafi ərazi siyasi bir vahid deyil. Ona görə də bu cür siyasi oyunlar oynamağın heç bir mənası yoxdur. Vahid Azərbaycan var və Cənubi Azərbaycan da öz istiqlaliyyətini əldə edəndən sonra bizə qoşulacaq. Ona görə də bizim bəzi siyasilər işləri qarışdırmamalıdır. Bir halda ki, Azərbaycan AXC-nin varisidirsə, onun adı necədir, indi də elə saxlanmalıdır”.

Onun sözlərinə görə, Q. Həsənquliyev 0-dan aşağı səs toplayacaq:

“Keçən prezident seçkilərində də o, 4-cü yerə çıxmışdı. Lazım olanda ona bəzən çox, bəzən də az yer verilir. Onun prezident seçilməsi utopik bir şeydir. Çünki Qüdrət Həsənquliyevin real şərtlərlə deputat seçilmək imkanı yoxdur, o ki qaldı prezident seçilsin. Ona görə də Qüdrət Həsənquliyevin ideyalarının hamısı populizm xatirinə elan edilib. Onun başqa bir sözü yoxdur. Rusiya-Azərbaycan əlaqələri, Azərbaycanın daxili siyasəti ilə bağlı cəsarət edib hökuməti tənqid edə bilmədiyi üçün Qüdrət Həsənquliyev tamamilə gündəmdən kənar mövzuları gündəmə gətirməklə guya özünün təbliğat kampaniyasını qurmaq istəyir”.

ADP sədrinə görə, Azərbaycanın o qədər ciddi problemləri var ki, birincisi, onları həll etmək lazımdır:

“Məsələn, rus qoşunlarının Qarabağdan çıxarılması, Türk Dövlətləri Təşkilatının Türk Dövlətləri Birliyinə çevrilməsi, Azərbaycanın suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, daxili siyasətdə əyintilərin aradan qaldırılması və s. məsələlər var. Qüdrət Həsənquliyev bunların heç birini dilə gətirmir, çıxıb deyir ki, respublikanın adını dəyişəcəyəm, belə edəcəyəm, elə edəcəyəm... Sən maksimum öz adını dəyişə bilərsən! Axı sən kimsən ki, ölkənin adını dəyişirsən?! Birincisi, respublikanın adı referendum yolu ilə qəbul edilmiş Konstitusiya ilə tətbiq edilib. Konstitusiyasının 1-ci hissəsində isə Azərbaycan Respublika kimi qeyd olunub və hər hansı bir referendum yolu ilə Konstitusiyanın birinci bölməsinə aid müddəaların dəyişdirilməsi yolverilmzədir. Sən istər Prezident ol, istərsə də digəri, ixtiyarın yoxdur ki, birinci bölmədəki məsələləri referenduma çıxarıb müzakirə edəsən. Bunlar onu göstərir ki, Konstitusiyadan xəbəri olmayan adam prezident seçkilərində namizədliyini irəli sürüb bu cür təxribat xarakterli bəyanatlara çıxış edir”.

Xəbər 493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +