Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi
Azərbaycanda meymunçiçəyi AŞKARLANDI


20.12.2023  16:50 

Qazaxlar Qorquda da sahib çıxdılar





A+  A-

Qazax türkləri "Tomiris" bədii filmini çəkməkdə bizi qabaqladıqları kimi, “Qorqud” teleserialını çəkib ərsəyə gətirməkdə də yenə də bizi qabaqladılar.

Halbu ki, biz hamımız Tomirisin də, Dədə Qorqudun da ilk növbədə məhz Azərbaycan türklərinə mənsub olduğunu deyirik, bəyan edirik. Lakin bu bəyanımızı faktlaşdırmağa və dünyaya tanıtmağa, beynəlmiləlləşdirməyə, bizimki kimi təqdim etməyə gələndə isə, nədənsə, hərəkətsiz qalırıq.

Və budur, bizdən qat-qat fəal olan qazax dostlarımızın əməyinin nəticəsi artıq ortadadır. Belə ki, “Qazaxıstan” TV və Radio Qurumu tərəfindən çəkilmiş “Qorqud” serialı Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstanda dubylaj şəklində yayımlanacaq.

Çəkilişləri Qazaxıstanın Almatı və Özbəkistanın Xivə şəhərlərində aparılan, 4 bölümdən ibarət olan bu serial artıq Qazaxıstanda nümayiş etdirilib və yerli tamaşaçılar tərəfindən təqdirlə, alqışla qarşılanıb.

Qazaxlar türklük ruhunun təbliğində, tarix şüurunun gücləndirilməsində olduqca fəaldırlar.

Bəybala Mırzəyev

Xəbər 1140 dəfə oxunub.



18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +