Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


19.12.2023  14:48 

Bu məlumatları yayanları 8 ilədək həbs cəzası gözləyir





A+  A-

Hərbi silah və texnikanın hərəkəti barədə məlumat yayanları 8 ilədək həbs cəzası gözləyir.

Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir.

Xəzərnews.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında l oxunuşda qəbul edilib.

Bu əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.


Xəbər 1164 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +